Azərbaycan və İsrail Xarici İşlər nazirlikləri arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında protokol imzalanmışdır

 

Aprelin 30-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq siyasi, iqtisadi, ticarət, elmi-texnikihumanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılmışdır.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barəsində məlumat verərək, münaqişənin həll edilməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirmişdir. Nazir Elmar Məmmədyarov əlavə etmişdir ki, münaqişə Azərbaycan Respublikasının ərazi bütövlüyüsuverenliyi çərçivəsində həll edilməlidir.

Aviqdor Liberman Azərbaycandakı yəhudi icmasının iki ölkə arasındakı münasibətlərin inkişafında rolunu müsbət qiymətləndirmişdir.

Görüşün sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyiİsrail Dövlətinin Xarici İşlər Nazirliyi arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında protokol imzalanmışdır.

 

Azərbaycan.-2014.- 1 may.- S.4.