Ağdaşda Ləki dəmir
yolu vağzalının yeni
binasının açılışı olmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfərə
gəlmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də
Ağdaş rayonuna səfəri çərçivəsində
Ləki dəmir yolu vağzalının yeni binasının
açılışında iştirak etmişdir.
Son
illərdə ölkənin nəqliyyat sisteminin, o cümlədən
dəmir yolunun təkmilləşdirilməsi, sərnişin
daşımalarının beynəlxalq səviyyədə
qurulması istiqamətində mühüm layihələr icra
olunur. Bu siyasətin tərkib hissəsi olaraq nəinki paytaxt
Bakıda, eyni zamanda, regionlarda müasir standartlara cavab verən
dəmir yolu vağzallarının tikintisinə və əsaslı
təmirinə başlanılmışdır.
Yeni
inşa olunan vağzallardan biri də “Azərbaycan Dəmir
Yolları” QSC-nin Ləki stansiyasındakı binadır. Ləki
dəmir yolu vağzalının binası müasir memarlıq
üslubunda inşa olunmuşdur. Ərazidə
yaşıllıq zolağı salınmışdır. Yeni
binada sərnişinlərin istirahəti üçün hər
cür şərait yaradılmışdır.
Dövlətimizin
başçısı vağzal binasının əvvəlki
görüntülərini əks etdirən fotostendə
baxdı. Burada Azərbaycan Prezidentinə Ağdaş-Qəbələ
avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim
edildi.
Prezident
İlham Əliyevə məlumat verən nəqliyyat naziri Ziya
Məmmədov bildirdi ki, “Azərbaycan Dəmir Yolları”
QSC-nin balansında olan Ləki dəmiryol vağzalının əvvəlki
binası 1897-ci ildə inşa olunmuşdu. Uzun müddət əsaslı
təmir işləri aparılmadığından vağzal
binasının sökülərək yenisinin inşası zərurəti
yaranmışdı. Yeni vağzal binasının tikintisinə
2013-cü ilin yanvarında başlanılmışdır. “Azərbaycan
Dəmir Yolları” QSC-nin Dəmir Yollarının və
Texniki Qurğularının Təmir-Tikinti Departamenti tərəfindən
inşa olunan vağzal binasında müasir standartlara uyğun
xidmət göstərilməsi üçün hər cür
şərait vardır. Gözləmə salonunda sərnişinlər
üçün bütün rahatlıq
yaradılmışdır. Burada ümummilli lider Heydər
Əliyevin büstü qoyulmuş, Ulu Öndərin və
Prezident İlham Əliyevin Ağdaşa səfərlərini əks
etdirən fotoguşə quraşdırılmışdır.
Stansiyada
ana və uşaq otağı fəaliyyət göstərəcəkdir.
Dispetçer otağında da yüksək səviyyədə
xidmət üçün müvafiq şərait
yaradılmışdır.
Dəmir
yolunun Ləki stansiyasının vağzal binası sərnişinlərə
xidmətin səviyyəsinin ən müasir standartlara
uyğun həyata keçirilməsinin daha bir konkret nümunəsidir.
Binanın mühəndis-kommunikasiya sistemləri də
müasir standartlara cavab verir. Burada sərnişinlər
informasiya monitorundan yararlana biləcəklər.
Bildirilmişdir ki, stansiyada yeni platforma tikilmişdir. Ləki stansiyası xarakterinə
görə yük stansiyasıdır. Burada qatarların
qəbul edilib yola salınması üçün dörd yol, yükləmə-boşaltma
əməliyyatları üçün
altı yol, dartı yarımstansiyasının
yolu, qoruyucu dalan, dartı yolu və eyni
zamanda, stansiyaya birləşən təşkilatlara
məxsus 2 dalan yolu vardır. İl ərzində Ləki dəmir yolu stansiyasında orta hesabla 150 vaqon - 19 min 600 ton yükləmə,
2500 vaqon - 150 min ton boşaltma
işləri həyata
keçirilir. Stansiyanın vağzal binasında isə 7 mindən çox sərnişinə
xidmət göstərilir.
Stansiyadan orta hesabla gün ərzində 40 qatar
yola salınır.
Dövlətimizin başçısının diqqətinə
çatdırıldı ki,
stansiyanın yeni vağzal binası dəmir yolu nəqliyyatı infrastrukturunun
inkişafına mühüm
töhfədir və əhalinin paytaxt Bakı və digər regionlarla rahat əlaqəsinin təmin olunması baxımından vacib əhəmiyyət kəsb
edir.
Azərbaycan.-2014.-
2 may.- S.4.