Azərbaycanda insan kapitalının inkişafı və tolerantlıq «ABŞ-Azərbaycan: gələcəyə baxış» forumunun sonuncu sessiyasının mövzusu olmuşdur

 

Aprelin 30-da Vaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" forumu işini davam etdirmişdir.

"American Enterprise Institute"nin elmi əməkdaşı Maykl Rubinin moderatorluğu ilə keçirilən "Ölkənin insan kapitalının inkişafı" mövzusunda panel iclasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, İndiana ştatından keçmiş konqresmen Den Berton, Corctaun Universitetinin professoru Brenda Şaffer, Taft Universiteti nəzdində Fletçer məktəbinin diplomatiya professoru Endrü HessARDNŞ-nin vitse-prezidenti Muxtar Babayev çıxış etmişlər.

Səfir Elin Süleymanov Azərbaycanda insan kapitalından danışaraq demişdir ki, "hansı resursların olması əsas deyil, bu resurslardan necə istifadə olunması əhəmiyyətlidir". Səfir ölkənin insan resurslarının inkişafında Azərbaycan rəhbərliyinin rolunu vurğulamışdır. Sonra Süsən Sadıqova çıxış edərək, auditoriyaya  Azərbaycan Diplomatik Akademiyası, ARDNŞ-nin Bakı Ali Neft Məktəbi kimi insan kapitalının inkişafı layihələrindən söz açmışdır. O bildirmişdir ki, bu təhsil ocaqlarının məzunları Azərbaycanın gələcəyini quracaqregional layihələr çərçivəsində boru kəmərləri çəkəcəklər. O, idman komplekslərinin inşası, klubların yaradılması, idmançıların  təlim və məşqlərinə sərmayə yatırılması kimi gənclər layihələrindən də söz açmışdır.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından, son illər Azərbaycanda sosial infrastruktura yatırılan investisiyalardan danışaraq Azərbaycan rəhbərliyinin ölkənin insan kapitalının inkişafına ayırdığı diqqətin nəticələrini nümayiş etdirən statistik məlumatları təqdim etmişdir. Azərbaycanın sosialiqtisadi inkişafından söz açan keçmiş konqresmen Den Berton Prezident İlham Əliyevi və qanunverici hakimiyyəti sosial inkişaf sahəsindəki nailiyyətlər münasibətilə təbrik etmişdir.

Sonra Corctaun Universitetinin professoru Brenda Şaffer Taft Universitetinin professoru Endrü Hess çıxış etmişlər. B.Şaffer "qara qızıl"ın insan kapitalına çevrilməsi konsepsiyası Azərbaycanda dini azadlığın sosial atributları, E.Hess Azərbaycana xas olan çoxkonfessiyalılıq multikulturalizm barədə auditoriyaya məlumat vermişlər.

ARDNŞ-nin vitse-prezidenti Muxtar Babayev Azərbaycanda insan kapitalına sərmayə yatırılmasının əhəmiyyətindən söz açmışdır. Maykl Rubin isə sosial cəmiyyətin inkişafında Azərbaycanın uğurlarını qeyd etmişdir.

Yaxın Şərq İnstitutunun böyük analitiki Aleks Vatankanın moderatorluğu ilə keçirilən "Dialoqun möhkəmləndirilməsi tolerantlığa yardım" mövzusunda yekun panel iclasında Qafqaz Müsəlmanları İdarəsinin başçısı Şeyxülislam hacı Allahşükür Paşazadə, Sovet Yəhudiləri Milli Konfransının icraçı direktoru Mark Levin, "Tool Shed Group"un direktoru Ceyson Kats, Con Hopkins Universitetinin  Orta Asiya Qafqaz İnstitutunun direktoru Svante Kornel, Milli Məclisin deputatı Asim Mollazadə, pravoslav icmasının başçısı Aleksandr İşein, dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev katolik icmasının ordinarisi Vladimir Fekete çıxış etmişlər.

Panel iclasının iştirakçıları müzakirələr zamanı ölkəmizdə hökm sürən tolerantlıq mühitindən, Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin dinc yanaşı yaşamasından danışmışlar.

Sonra qəbul olmuşdur. Qəbulda Azərbaycanın caz pianoçusu Emil Əfrasiyab çıxış etmişdir. Oklahoma Milli Qvardiyasından general Mayls Dierinq, Kaliforniyadan konqresmen Xaviyer Beserra, Texas ştatından Filemon Vela nitq söyləmişlər. M.Dierinq ABŞ-ın  Azərbaycan kimi dostu olmasından qürur hissi duyduğunu bəyan etmiş, X.Beserra inkişaf etməkdə olan  ABŞ-Azərbaycan əlaqələrindən danışmışdır.

Gecənin sonunda ABŞ Konqresindəki azlığın lideri və Nümayəndələr Palatasının sədri Nensi Polesi qəbula gələrək, uğurlu əməkdaşlıq münasibətilə ABŞ-ı və Azərbaycanı təbrik etmiş, ikitərəfli əlaqələrin inkişafının davam etdirilməsi arzusunda olduğunu bildirmişdir.

Xatırladaq ki, Vaşinqtonun mərkəzində, məşhur "Willard Intercontinental Hotel"də keçirilən III "ABŞ-Azərbaycan: gələcəyə baxış" forumu ARDNŞ-nin dəstəyi ilə Azərbaycanın Dostları Assambleyası tərəfindən təşkil edilmişdir. 

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

 Vaşinqton

Azərbaycan.-2014.- 2 may.- S.8.