Sözün ucalığını and yeri biləndə...

 

3 may Beynəlxalq Söz Mətbuat Azadlığı Günüdür

 

 

Öncə bu günün təsis olunduğu tarixi xatırlayaq: 1993-cü ilin may ayının 3-də BMT Baş Assambleyası belə bir qərar qəbul edib. Bu sənəd beynəlxalq arenada qəbul olunandan sonra Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası praktik olaraq daha da genişləndirildi.

Milli mətbuatın 135 illik yubileyinin təntənəli keçirilməsi, kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının verilməsi, mətbuatın inkişafında  rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin Ehtiyat Fondundan vəsaitin ayrılması bu sahəyə diqqət qayğının nəticəsidir. Onu da qeyd edək ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin tikilməsi dünya praktikasında analoqu olmayan bir hadisədir. 2010-cu ilin dekabrında həmin binanın tikintisi üçün paytaxtda torpaq sahəsi ayrıldı mətbuat işçilərinin peşə bayramı günündə - iyulun 22-də 17 mərtəbəli, 156 mənzilli bina jurnalistlərin istifadəsinə verildi. Həmin mənzillərin paylanması mərasimində Prezident İlham Əliyev bu ənənənin gələcəkdə davam edəcəyini bildirmişdi: "Mətbuat işçiləri ilə görüşlərimin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verdim qısa müddət ərzində belə gözəl, yaraşıqlı bina tikilmişdir. Əminəm ki, bu binanın ətrafında gələcəkdə böyük bir kompleks yaradılacaq..."

Onu da qeyd edək ki, bu binada mənzil alan jurnalistlərin siyasi baxışları üst-üstə düşməsə , heç bir ayrı-seçkiliyə, fərqli münasibətə yol verilmir. Dövlətin başlıca məqsədi cəmiyyətdə sağlam mühit, şəffaf ab-hava yaratmaqdır. Əsas prinsip, başlıca meyar jurnalistlərin peşəkarlığı sağlam mövqeyidir. Bu şərtləri əsas meyar hesab edən Azərbaycan Prezidenti mətbuat işçiləri üçün növbəti yaşayış evinin tikintisinə vəsait ayrılması üçün sərəncam verib. Məbləğ bəllidir - ilkin olaraq 5 milyon manat vəsait nəzərdə tutulub.

Əlbəttə, bütün bunlar jurnalistlər qarşısında ciddi məsuliyyət qoyur. Bütövlükdə Azərbaycan jurnalistikası öz xalqına, dövlətçiliyinə bağlı olmalı, milli təəssübkeşlik nümunəsi göstərməlidir. Açığını deyək ki, bəzən bu prinsiplər bilərəkdən qəsdən pozulur, siyasi baxışlarda fərqli mövqe üzə çıxır. Əlbəttə, heç kəs fərqli düşüncəni yasaq saymır. Bu şərtlə ki, dövlətçiliyin təməl prinsiplərinə zərrə qədər xələl gəlməsin.

Bəzi jurnalistlər baxışlarında o qədər məhdud çərçivəyə qapanırlar ki, hətta onların əməlləri casusluq ittihamı ilə mühakimə olunur. Bu millətin çörəyini yeyən, halal suyunu içən, hər cür imtiyazlarla əhatələnən adamların cızma-qarası hələ bitkin jurnalistika deyil. Belə dayaz düşüncənin arxasında, olsa-olsa, əxlaqın mənəvi enerjinin iflici dayanır. Məhdud düşüncəli adamlara yerli-yersiz tribuna verilməsi milli dəyərlərə açıq-aşkar xəyanətdir. Haqlı olaraq deyirlər ki, dünyada hər kəsin ağıldan böyük mənəvi sərvəti yoxdur. Əgər bu şüurun, təfəkkürün məhsulu öz xalqına qarşı yönəlibsə, hətta casusluq əməlinə çevrilibsə, bunun heç bir güzəşti yoxdur.

Bu gün cəmiyyətdə ciddi sosial təmizləmə prosesi gedir. Elə Azərbaycan mediasının da ən əsas keyfiyyət göstəricisi taleyüklü problemlərdə təəssübkeşliklə iştirak etməkdir. Ölkə başçısının dediyi kimi, bu, sadəcə olaraq bir şüar, bir söz deyil, bu, zərurətdir. Bu gün Azərbaycanda mətbuatın özünütəmizləmə prosesi ardıcıllıqla davam edir. "Reket jurnalistika"ya qarşı barışmaz qətiyyətli mövqe bir daha sübut edir ki, ictimai qınaq məzəmmət sınanmış üsul kimi geniş tətbiq olunur.

Mətbuat Şurasının bəzi qəzetləri "reket" elan etməsi islahedici tədbirlər kimi dəyərlidir. Mətbuatın başlıca prinsipləri - qərəzsizlik, obyektivlik kimi vacib şərtlər pozulanda istər-istəməz doğru yalana qarışır. belə bir deyim var ki, bu geniş dünyanın qapılarından doğruya qoşulub yalan da ötür...

Bəzən o yerə gəlib çatır ki, ayrı-ayrı dövlət məmurlarının, ictimai-siyasi xadimlərin, lap elə sıravi vətəndaşların şərəf ləyaqətinə toxunan yazılar baş alıb gedir. Əlbəttə, belə qəzetlər yazarlar üçün milli maraqları qorumaq cəhdi yox dərəcəsindədir. Doğrudur, şərəf ləyaqətin, işgüzar nüfuzun ləkələnməsi, zədələnməsi cəzasız qalmır. Əslində bu cəmiyyətdə o qədər dəyərli, maraqlı mövzular var ki... Tarixdə şərəfli ölümü ləyaqətsiz yaşamaqdan üstün tutan adamlar çoxdur. Biz vətənimizin belə övladlarını daha geniş arenada tanıtmaq üçün jurnalist axtarışlarımızı cəsarətlə davam etdirməliyik...

Əgər jurnalist bilərəkdən qəsdən ucuz sensasiya həvəskarına çevrilməyə cəhd edirsə, qrammofon valı kimi kimlərinsə təhriki ilə dillənirsə, onda bütün dəyərlər pozulur. Söz mətbuat azadlığından öz məqsədləri üçün istifadə edənlər bəşəri dəyərləri, medianın təməl prinsiplərini unudur, dayaz mövqe sərgiləyirlər. Bir unudurlar ki, hər bir vətəndaşın şərəf ləyaqətinin qorunmasına baş təminatçı dövlətdir. Heç təsadüfi deyil ki, bu günlərdə Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasında çıxışı zamanı Azərbaycan Prezidenti azad medianın inkişafından inamla danışıb: "Bu gün mətbuat nümayəndələri qarşısında çıxış edərək bildirmək istəyirəm ki, bizim ən böyük nailiyyətlərimizdən biri medianın mətbuatın azadlığıdır. Azad internet bizim həyatımızın tərkib hissəsidir. Bu gün əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir. Hökumət Azərbaycanın hər bir şəhərinə kəndinə genişzolaqlı interneti gətirmək üçün çoxlu sərmayə yatırır. Siyasi islahatlar iqtisadi islahatlarla dəstəklənir".

Əlbəttə, media azadlığı anlayışı geniş məfhumdur. Siyasi baxışlar toqquşa ya üst-üstə düşə bilər. Amma bütün polemikalar, müzakirələr, mübahisələr əsl həqiqətin üzə çıxmasına, mətbuatın peşə-əxlaq kodeksinin qorunmasına xidmət etməlidir.

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2014.- 3 may.- S.7.