Qətiyyət və müdriklik nümunəsi

 

 

 

İlham Əliyev çiyinlərində tək Azərbaycanın deyil, bütün türk dünyasının yükünü daşıyır. Bu yük isə onu Atatürk və Heydər Əliyevdən sonra boşalan türk dünyasının lideri səviyyəsinə yüksəldir

 

Azərbaycan Prezidentinin Praqaya səfəri əvvəldən diqqət mərkəzində idi. Çünki postsovet məkanına mənsub ölkələrin 20 ildir məlum iki siyasi qütb arasında seçim etməsinə yönəlmiş açıq-aşkar təhdidlərin artıq yeni qarşıdurma mərhələsinə qədəm qoyması və həmin dövlətlərin "Assosiativ Saziş, yaxud Gömrük İttifaqı" dilemması ilə üzləşməsi kontekstində rəsmi Bakının son bir il ərzindəki addımları beynəlxalq ekspertlər tərəfindən zərrəbinlə izlənilir. Azərbaycanın strateji istiqamətinin məhz öz yolu ilə irəliləmək olması barədə dəfələrlə səslənən rəsmi bəyanatlar nədənsə skeptik qarşılanırdı. Əslində anlaşılandır: respublikamız "ya Qərb, ya Şərq" sualına artıq cavab vermiş bölgə ölkələri içərisində istisnadır və hətta uzunmüddətli perspektivdə belə tam müstəqil siyasətin yürüdülməsinə alternativ görmür.

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramının yubiley sammitində də, demək olar ki, bütün nəzərlər İlham Əliyevdə idi. Diplomatiyanı, onun həssas incəliklərini belə digər dövlət və təsisatların rəhbərlərindən ən azından nəzəriyyə baxımından üstün bilən Prezidentin verəcəyi bəyanatın alt qatlarını çözməyə hazırlaşır, sensasiya gözləyirdilər. Sensasiya olmağına oldu, amma bu dəfə fərqli yönümdə.

Azərbaycan lideri hər zamankı tərzində - diplomatik etiketlə, qətiyyətli üslubla, cəsarətli sözlərlə, ən əsası, mətin davranışı ilə Serj Sarkisyanın simasında dünya erməniliyinə tutarlı zərbə vurdu!

bu zərbə çox sarsıdıcı oldu!

 

"Mən burdayam!"

 

İlham Əliyev gündəm yaratmağı bacaran siyasətçidir. Tək dünyanın yeni enerjilogistik xəritəsini müəyyənləşdirən layihələri, beynəlxalq məkanda böyük rezonans yaradan cəsarətli addımları ilə yox, həm də mövqeyisözü ilə!

"Sözüm imzamdır" fikri Azərbaycan Prezidentinin sözünə həm güvənməyi, həm də bu sözü vacib məqam kimi dəyərləndirməyi labüd edir!

Və dövlət başçısının ani düşüncə-qərarla öz çıxışının motivini korrektə edərək bir neçə dəqiqə əvvəl səfsəfələr danışmış prezident statuslu bir yalançını dünyanın gözü qarşısında ifşa etməsi, digər liderlərin önündə ona elə öz böhtanlarının məngənəsində psixoloji aspektdə öldürücü zərbə vurması bir anın içində gündəmi dəyişdi və bu gündəmin uzun müddət dəyişməyəcəyinə də təminat yaratdı.

Buna siyasətdə "tərs şillə", idmanda "nokdaun", Azərbaycanda isə "kişilik dərsi" deyirlər!

Amma Prezidentin bəyanatı nə qədər əhəmiyyətlidirsə, onun bu çıxışa başlayarkən dediyi söz psixoloji təsir vasitəsi kimi daha diqqətçəkəndir:

"Mən burdayam!"

Bu ifadənin məna tutumunda məhz bir Azərbaycan kişisinin onun qarşısında dayanan adama qətiyyətli həmləsi dayanır. Yəni İlham Əliyev burdadırsa, Serjqarışıq hər kəs - Azərbaycana və onun maraqlarına qarşı çıxmaq istəyən bütün şəxslər və qüvvələr yerlərini bilməli, susmalıdırlar!

Bəli, Azərbaycan Lideri erməni rəhbərə bir daha xəbərdarlıq etdi: "Mən burdayam!"

Prezident İlham Əliyevin Praqada Serj Sarkisyana verdiyi cavab barədə artıq xeyli müddətdir yerli və əcnəbi KİV-lərdə ictimai müzakirələr açılıb, rəylər bildirilib, mülahizələr söylənilib. Özüetiraf edək ki, bu barədə rəylər silsiləsində yerli KİV kəmiyyət baxımından xarici yazılı və elektron mediadan xeyli geridə qalır. Bir var Azərbaycanın 50-60 qəzeti, internet portalı, teleşirkəti münasibət bildirsin, birvar auditoriyası on milyonları, bir neçə dövləti əhatə edən xarici ölkələrin onlarla meqa-media quruluşları bu məsələni manşet xəbərinə çevirsin. Amma mövzu unudulmur, "əsas hadisə" mövqeyini saxlayır. Zaman ötdükcə məlum olaya münasibətdə psixoloji təsirin yaratdığı rəyləri dərin siyasi təhlillər əvəzləyir.

Azərbaycan Liderinin bu çıxışının rezonansı böyük və genişmiqyaslı oldu. Eyni zamanda, ölkəmizdən əlavə, rəhbəri məzlum gününə salınan Ermənistanda və qardaş Türkiyədə də gündəmin əsas mövzusuna çevrildi.

İlham Əliyevin "Mən burdayam!" bəyanatı Ermənistanda, daha doğrusu, dünya erməniliyinin siyasi-iqtisadi-diaspor fəaliyyətinin hüdudlarının daxil olduğu böyük bir məkanda şok vəziyyəti yaratdı. Uzun onilliklər boyu saxta "tarixi ədalət arayan məzlum xalq" imici yaradıb bunun müqabilində beynəlxalq ictimai rəydən Qarabağ cəbhəsinə qədər hər yerdə qələbəsini təmin edən dünya erməniliyi artıq bir neçə ildir hücumdan müdafiəyə keçib. Azərbaycan Prezidentinin ardıcıl və prinsipial mövqe ilə yürütdüyü hücum diplomatiyası - "Ermənistanın təcridi - dünya erməniliyinin iflası" siyasəti nəzərdə tutulan hədəfə çatmaqdadır.

Ermənistan bölgəni əhatə edən bütün layihələrdən kənarda saxlanılaraq büdcəsini yalnız "forpost"u olduğu ölkənin ianələri və lobbinin göndərdiyi vəsaitlə dolduran, sabaha zərrə qədər də pozitiv ümidi olmayan zavallı, bədbəxt, səfil insanların yaşadığı, əslində isə baş götürüb qaçdığı ölkəyə çevrilib.

Bunu Azərbaycan dövləti - Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyev edib!

Dünya erməniliyi artıq beynəlxalq məkanda uzun onilliklər boyu mövcud olan böyük nüfuzunugeniş təsirini itirən, "at oynatdığı meydanlarda atdan salınan", maneəsiz girdiyi bəzi hakimiyyət dəhlizlərində indi qapı arxasında saxlanılan, mövqeləri günbəgün sarsılan və zəifləyən şəbəkəyə çevrilib.

İndiyədək saxta "soyqırımına" görə yalançı göz yaşı tökən dünya erməniliyi artıq hücumdan müdafiəyə keçməsinin həqiqi göz yaşlarını tökür.

Bunu da Azərbaycan - İlham Əliyev edib!

İlham Əliyev harada varsa, orada Ermənistana, dünya erməniliyinə uğurlu fəaliyyət, sərbəst hərəkət imkanı olmayacaq!

 

Mübarizənin ön cərgəsində

 

Dünya erməniliyinə qarşı mübarizə Azərbaycanın dövlət siyasəti olmaqla yanaşı, şəxsən Prezident İlham Əliyev üçün həm də ən mühüm vətəndaşlıq vəzifələrindəndir. O, bunu heç vaxt gizlətməyib, daim aşkar şəkildə bəyan edib.

bu gün tək Türkiyəni və Azərbaycanı deyil, ümumiyyətlə, türk xalqlarının hamısını özünə düşmən seçən və eyni zamanda, müsəlman xalqlarına qarşı gizliolsa təfriqəçilik edən dünya erməniliyi ilə mübarizənin ön cəbhəsində də məhz cənab İlham Əliyev dayanıb!

Bunu isə dünya erməniliyi bəyan edir!  

Ölkədə bütün millətlərin və dinlərin sərbəst fəaliyyətini, bərabərhüquqlu yaşamasını təmin edən, azsaylı xalqların, etnik qrupların mədəniyyətini və mənəvi dəyərlərini dövlət səviyyəsində qoruyan - dünyada tolerantlığın və multikulturalizmin ən mükəmməl örnəyini nümayiş etdirən İlham Əliyev həm də erməni xalqının 30 min nümayəndəsinin hüquqlarını öz vətəndaşının hüquqları kimi qoruyur! Düşmən bütünlüklə erməni xalqı deyil, düşmən elə bu xalqı da əsarət altında saxlayıb onu məhvə aparan təşkilatlanmış şəbəkədir, dünya erməniliyidir!

Prezident İlham Əliyev bu mübarizədə yalnız öz dövlətinin qüvvəsinin yox, bütünlüklə türk dünyasının gücünün səfərbər olunmasının və birləşdirilməsinin təşəbbüsçüsü, təşviqatçısıdır. Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin Forumunun keçirilməsi ideyasını irəli sürən və təsis yığıncağının Bakıda keçirilməsinə nail olan dövlət başçısının bu tədbirdə söylədiyi fikirlər düşmənin və düşmənçiliyin miqyasını tam göstərdi: "Türkiyəyə, Azərbaycana qarşı çox mütəşəkkil, böyük maliyyə imkanlarına malik olan dünya erməni diasporu, erməni lobbisi işləyir. Bəlkə də yeganə ölkələrik ki, bizim əleyhimizə dünyanın istənilən yerində güclü təbliğat maşını, böhtan, yalantarixi təhrif edərək bizi ləkələmək istəyən qüvvə işləyir... O, Türkiyə və Azərbaycana düşmənçilik mövqeyindədir və bizi ləkələmək, ölkələrimizdə gedən prosesləri təhrif etmək, yalan, böhtan kampaniyasını aparmaq onların əsas peşəsidir". Prezident həmin forumda birgə əməkdaşlıqdan vahid fəaliyyətə keçidi bu bəlaya qarşı mübarizənin ilkin şərti kimi göstərdi, hədəf kimi "Azərbaycan-Türkiyə diaspou müttəfiq yox, tam bir qüvvə olmalıdır" məramını səsləndirdi: "Biz bunun qarşısına öz siyasətimizi, öz təbliğat mexanizmimizi qoymalıyıq və qoyuruq. Ona görə xaricdə yaşayan soydaşlarımız daha da güclənməlidir, təşkilatlanma prosesi daha da sürətlə aparılmalıdır. Onlar yaşadıqları ölkələrin siyasi dairələrinə, siyasi təsisatlarına daha da fəal inteqrasiya etməlidirlər".

Türkiyənin onilliklər ərzində formalaşan və müəyyən gücə malik diaspor təşkilatları, lobbi fəaliyyəti var. Amma açıq etiraf etmək lazımdır ki, son vaxtlar qardaş ölkənin diasporlobbiçilik fəaliyyəti əsasən hücumdan çox müdafiəyə meyillidir. Qondarma soyqırımı iddialarının 100 illiyi ərəfəsində erməni yalanlarının genişmiqyaslı ifşası və bütün potensialı bu istiqamətə daha effektiv formada yönəltmək əvəzinə bu gün Türkiyə cəmiyyətində "biz ermənilərlə qardaşıq", "hamımız erməniyik", "soyqırımı yox, amma kütləvi qətliam olub" kimi nəticəsi təhlükələr vəd edən çağırışlar səslənir. 100 il öncə Osmanlı dövlətində ermənilərin xarici himayədarlarının dəstəyi ilə on minlərlə türkə qarşı əsl soyqırımı yürütməsi faktını beynəlxalq miqyasda daha ardıcıl fəaliyyətlə gündəmə gətirmək əvəzinə artıq rəsmi dairələrdə belə "erməni xalqına qarşı qətliam olub" bəyanatları səslənir.

Ermənilərin soyqırımı törətmələri faktı ilə hücuma keçmək əvəzinə "qətliam" cəfəngiyatı ilə müdaifə olunmağa üstünlük verilir...

Bu müzakirələr Türkiyə cəmiyyətində artıq xeyli müddətdir ki, əsas diskussiya mövzusudur. Rəsmi kuluarlarda, hətta parlamentdə "yumşaq siyasətə" üstünlük verilməsinin zəruriliyi səslənir, ən əsası isə, yazılı və elektron mediada bu istiqamətdə kütləvi miqyasda sifarişli informasiyalar yayılır, ictimai rəyin azdırılmasına çalışılır.

bu müzakirələrin fonunda Azərbaycan Prezidentinin məlum hücum taktikası Türkiyə cəmiyyətində ildırım kimi çaxdı. Bir daha sübut olundu ki, yalana qarşı dözümlə, məkrə qarşı sevgi ilə, uzun onillikləri əhatə edən düşmənçiliyə qarşı bir aylıq atəşkəslə müqavimət göstərmək olmaz, o da ola dünya erməniliyi ilə mübarizədə.

Bu baxımdan Prezident İlham Əliyevin son addımı ümumilikdə dünya erməniliyinə qarşı apardığı mübarizənin tərkib hissəsi kimi qavranılmalıdır və bu mübarizə türk dünyası üçün nümunə kimi qəbul edilməlidir. Onu da unutmaq lazım deyil ki, Azərbaycanın Lideri ikili standartlar çərçivəsindən kənara çıxmayan dünya birliyi ilə, fövqəlgüclərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıqda səmərəli şəkildə "mövqeyini qəbul etdirmə" təcrübəsinə malikdir.

Hələ ötən əsrin 90-cı illərinin sonlarında antiazərbaycançı şəbəkənin tam təsiri altında olan AŞ PA da qısa müddət ərzində çevik fəaliyyəti ilə bu qurumda vəziyyəti əsaslı şəkildə dəyişdi, Ermənistanı təcavüzkar elan edən qətnamələr və işğal olunan ərazilərlə bağlı hüquqi sənədlər qəbul olundu, bir müddət sonra isə İlham Əliyevin özü təşkilatın sədr müavini seçildi.

Yaxud, dünyada saxta erməni soyqırımını tanıma bumu baş verərkən son dövrlərdə 7 dövlət, həmçinin ABŞ-ın 20 ştatı, 56 dövlətin birləşdiyi İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini rəsmən soyqırımı kimi tanıyıb. 7 xarici ölkədə Xocalı soyqırımına abidə qoyulub. Və bütün bunlara cəmi üç il ərzində nail olunub.

Azərbaycandan və onun Prezidentindən öyrəniləsi hələ çox təcrübə var!

 

Pafossuz, konkret siyasət

 

Türkiyədə məlum hadisəyə münasibət bildirməyən, onu əsas xəbər kimi yayımlamayan media qurumu, demək olar ki, qalmadı. Bu cür rezonansı yalnız Baş nazir R.T.Ərdoğanın Davosda məşhur "One minute" - "Bir dəqiqə" demarşı yaratmışdı.

Hər cür müqayisənin qüsurlu olduğunu, həqiqətin isə əsasən müqayisədə ortaya çıxdığını da nəzərə alaraq söyləmək olar ki, "One minute" olayı adi qeyri-formal panel görüşündə və başqa bir xalqın mənafeyi ilə bağlı, həm də türk dünyasına düşmən olmayan bir dövlətin rəhbərliyinə yönəlmiş kəskin addım idi. Rəmzi mənada "Mən burdayam" adlandırdığımız hadisə isə məhz rəsmi sammitdə - beynəlxalq tədbirdə, dünyanın mühüm dövlətlərinin rəhbərlərinin önündə səslənən və birbaşa türk dünyasına əsrlərdir rəzilcəsinə qənim kəsilən qondarma dövlətin Prezidentini, ümumilikdə əli yüz minlərlə türkün qanına batmış dünya erməniliyini ifşa edən fakt idi.

Bu olayı türk ictimaiyyəti düzgün dəyərləndirdi. İlham Əliyevin bəyanatına sıravi vətəndaşlardan millət vəkillərinə qədər bütün zümrələr heyranlıq və təqdir ifadə etdilər. Qardaş ölkənin ziyalıları, jurnalistləri Azərbaycan Prezidentinin Türkiyənin mənafeyini heç bu ölkənin rəhbərlərindən belə zərrə qədər də az olmayacaq səviyyədə müdaifə etməsini İlham Əliyevin ümumi mənafelər naminə növbəti fədakarlığı, türk birliyinin möhkəmlənməsinə və bu birliyin əleyhinə olan təşəbbüslərin zərərsizləşdirilməsinə yönələn sərt hərəkəti kimi səciyyələndirdilər.

"Türkiyə yoxdursa, mən burdayam!" sözləri isə Azərbaycan Liderinin Türkiyə dövlətinə və xalqına sevgisini, sədaqətini, "bir millət - iki dövlət" məramına bağlılığını bir daha əyani göstərdi. Türkiyə qarışıq bütün dünya eşitdigördü ki, Prezident İlham Əliyev Azərbaycanın mənafeyini necə qətiyyətlə müdafiə edirsə, eyni prinsipiallıqla Türkiyənin və digər türkdilli ölkələrin maraqlarını da qoruyur, bu dövlətlərə qarşı hansısa təxribat olsa, dərhal kəskin müdaxiləsini edir.

İlham Əliyev çiyinlərində tək Azərbaycanın deyil, bütün türk dünyasının yükünü daşıyır!

Bu yük isə onu Atatürk və Heydər Əliyevdən sonra boşalan türk dünyasının lideri səviyyəsinə yüksəldir!

İlham Əliyev yeni dünya düzənində türk dövlətlərinin vahid siyasi qüvvəyə çevrilməsinin və geosiyasi proseslərdə yekdil güc mərkəzi kimi çıxış etməsinin ardıcıl təşəbbüsçüsüdür və onun bu niyyəti çətinliklə də olsa, artıq gerçəkləşmək üzrədir.

Prezident İlham Əliyev, təəssüf ki, münasibətləri hələ də tam səmimi müstəviyə keçməyən, ümumi mənafeləri nəzərə almayanümumi düşmən əleyhinə yekdil mövqeyi olmayan türkdilli ölkələrin arasında koordinatorluğu da uğurla aparır. İlham Əliyevin israrlı, inadlı, əzmli təşəbbüslərinin nəticəsidir ki, türk dövlətləri artıq fövqəlgüclərin müəyyənləşdirdiyi çərçivələrdən çıxaraq, dünyanın yeni enerjilogistik məkanının müstəqil aktorlarına çevrilir, öz təbii resurslarının tamhüquqlu sahibi olur və sərvətlərini dünyaya məhz türk ölkələrini əhatə edən coğrafiya ilə ötürürlər. Yəni bir türk dövlətinin sərvətindən digər türk xalqına da pay çatır.

Beləliklə, türk dövlətlərinin vahid enerji siyasətini qəbul edib, bütün qərarları ona uyğunlaşdırmaqla bağlı İlham Əliyevin planı, strategiyası uğurla gerçəkləşir.

Türkiyənin artıq Azərbaycanın müəyyənləşdirdiyi enerji xəritəsində əsas elementə çevrilməsi və ixrac marşrutlarının bu ölkənin birbaşa maddi-siyasi mənafelərinin ödənməsinə xidmət etməsi də "bir millət - iki dövlət" məramına ən uğurlu töhfələrdəndir. Əslində, İlham Əliyevin Türkiyəyə əlahiddə qardaşlıq münasibəti hər kəsə məlumdur və bunu dost cümhuriyyətdə hər kəs bilir. Bəzən Türkiyədə Azərbaycanı incidəcək rəsmi və qeyri-rəsmi müzakirələrin aparılması, hətta işğalçı ölkə ilə sərhədlərin açılması kimi zərərli təşəbbüslərin dövriyyəyə buraxılması, ümumtürk mənafelərinin müəyyən hallarda arxa plana keçirilməsi kimi məqamlar belə Azərbaycan dövlətinin və onun rəhbərinin münasibətində hansısa təshihlərə imkan vermir. İlham Əliyev ümumtürk mənafeyinə baxışda və konkret Türkiyəyə münasibətdə heç bir zaman taktiki siyasi dəyişikliklərə rəvac vermədi. Strateji xətt daim dəyişməz qaldı.

İlham Əliyev pafossuz, konkret siyasət yürüdür: Azərbaycanla Türkiyənin, ümumilikdə türk xalqlarının bir-birindən ayrı maraqları, yolu, inkişaf xətti yoxdur və hər bir dövlət bu münasibətləri mənəvi təəssübkeşlikdən birmənalı strateji müttəfiqliyə qədər yüksəltməlidir. Dünyanın mövcud gerçəklikləri bu mövqeyin alternativsiz seçim olduğunu da göstərir.

Bölgəni əhatə edən bütün siyasi-hərbi ittifaqlardan kənarda qalan Azərbaycan üçün Prezident yalnız bir birlik modeli görür: türk dövlətlərinin ittifaqı! "XXI əsr türk əsri olacaq" çağırışı ətrafında bu birlik gec-tez reallaşacaq və dünyanın yeni siyasi güc mərkəzi formalaşacaq.

İlham Əliyevin buna nail olacağı isə şəksizdir!..

 

Qərbin ən etibarlı Şərq tərəfdaşı, Şərqin ən səmimi Qərb müttəfiqi

 

Yaşadığımız dövr lokal gərginliklərin qlobal problemlərə transformasiyası ilə aktualdır. Ölkəmizin də aid olduğu postsovet məkanında cərəyan edən hadisələrdə dövlət və xalqların iradəsi, hüquqları, seçimi, təəssüf ki, həmişə olduğu kimi, yenə də fövqəlgüclərin siyasi-maddi maraqları, qovğaları qarşısında bir heçə çevrilir. Bu acı mənzərəni seyr edərkən Azərbaycanın bütün təsir və təhdidlər qarşısında mətin dayanması, Liderimizin hər bir təmənnalı dəvət və çağırışı peşəkar diplomat kimi dəf etməsi daha aydın, qürurverici görünür.

Artıq neçə ildir ki, Azərbaycan balanslaşdırılmış siyasətdən tam müstəqil siyasətə keçib. Bölgədə yaranan, əslində isə bölgəni potensial qan çanağına çevirən yeni ittifaqlardan kənarda qalmağın bir şərti müstəqil siyasətimizə xələl gəlməsidirsə, digər mühüm səbəb ölkəmizin ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqe bildirilməməsidir. Bu məsələlərlə bağlı Prezident də, onun administrasiyasının rəsmiləri də ictimaiyyətə ətraflı məlumat veriblər.

Azərbaycan ona bərabərhüquqlu tərəfdaş kimi yanaşmayan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe göstərməyən heç bir birlik modelində yoxdurolmayacaq da.

Azərbaycan bütün tərəflərə səmimi əməkdaşlıq, etibarlı müttəfiqlik vəd edirbunu əməli fəaliyyətində isbatlayır. Azərbaycan geosiyasi qovğalarda nə tərəfdir, nə də platsdarm. Bu missiyanı həyata keçirən "forpostlar", "kredit minnətçiləri" onsuz da yetərincədir. Azərbaycan dünyada sülhün möhkəmlənməsi, ikili standartların aradan qaldırılması, qlobal sosial problemlərin həlli istiqamətində Qərbin ən etibarlı Şərq tərəfdaşı, Şərqin isə ən səmimi Qərb müttəfiqi olmağa hazırdır və əslində, bunu da edir.

Əlbəttə ki, məmləkətimizin öz Liderinin timsalında seçdiyi yolla - "Azərbaycan yolu" ilə irəliləməsi fövqəlgüclər tərəfindən cızılan yeni Avrasiya konstruksiyasına əsla uyğun deyil.

Azərbaycanın kiminsə tərəfində olması istənilir, Azərbaycansa özü tərəf olmağa qərar verib!

Azərbaycana "bir tərəfə dost, digərinə rəqib ol" mesajı göndərilir, Azərbaycansa hamıya etibarlı müttəfiqlik təklif edir.

Son korrektələri edilən Yeni Dünya Düzənində Azərbaycan başqa dövlətlər kimi "fövqəlgüc ağuşu" axtarmır, əksinə, özü yeni siyasi gücün yaranmasının təşəbbüsçüsüdür.

Dünyadan, fövqəlgüclərdən müxtəlif məzmunlu, aşkar və yarıaşkar çox mesajlar alırıq. Məmləkətimizin və Liderimizin isə yalnız bir cavabı, bir mesajı var: Azərbaycan heç kəsin yanında deyilolmaq da niyyətində deyil, çalışın sizlər bizim yanımızda yer tutun...

Ölkəmizin yeni savaşlar və itkilərlə sarsılan bölgədə bu mövqeyi nəticəsində müzəffər duruşu 91 illiyini şükranlıqla qeyd etdiyimiz Heydər Əliyevin əbədiyaşar xatirəsinə millət olaraq həm də bir hədiyyəmizdir...

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2014.- 4 may.- S.4.