İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab Şimon Peresə

 

Hörmətli cənab Prezident,

İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 may 2014-cü il.

Azərbaycan.-2014.- 6 may.- S.3.