Sahibkarlığın inkişafına xidmət edən səmərəli islahatlar paketi

 

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin davamlı olaraq artırılması istiqamətində düşünülmüş strategiya həyata keçirən Azərbaycan hökuməti 2014-cü ilin ilk rübündə də karbohidrogen resurslarından asılılığın azaldılması, investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə pozitiv göstəricilərə imza atmışdır.

Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası dünya ölkələrində iqtisadi böhranın səngimədiyi bir dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin artdığını və investisiya reytinqinin yüksəldiyini bir daha təsdiqləyir. Hesabat dövründə iqtisadiyyatın bütün funksional sahələri üzrə optimal nəticələr əldə olunmuş, regionların sosial-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılmasına istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji valyuta ehtiyatlarının artımına imkan yaratmışdır.

Bu mərhələnin diqqətçəkən göstəricilərindən biriqeyri-neft sektorunun dinamik artım tempinin qorunub saxlanılmasıdır: Dövlət Neft Fondundan transfertlər istisna olmaqla, dövlət büdcəsinə daxilolmaların 36,7 faizi neft-qaz sektorunun, 63,3 faizi isə qeyri-neft-qaz sektorunun payına düşmüşdür. Büdcə gəlirlərinin formalaşmasında neft sektorunun payının azalması qeyri-neft sektorunun inkisaf etdirilməsi və şaxələndirilməsi sahəsində həyata keşirilən genişmiqyaslı fəaliyyətin nəticəsidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı nitqində bununla bağlı demişdir: "Son illər bizim üçün iqtisadi inkişafı göstərən əsas göstərici qeyri-neft sektorunun parametrləridir. Keçən ildə olduğu kimi, bu ilbiz bu sahədə sürətli inkişafa nail ola bilmişik. Keçən il qeyri-neft sektorumuz 10 faiz, bu ilin birinci rübündə isə 8,8 faiz artmışdır. Əlbəttə ki, bu artım son illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir".

Qeyri-neft sektorunda müşahidə edilən yüksək artım tempi hökumətin ortamüddətli perspektivdə qarşıya qoyuduğu strateji hədəflərə əsaslanaraq, ilk növbədə, makroiqtisadi sabitlik amili ilə şərtlənir. İlin birinci rübündə Azərbaycanda ümumi daxili məhsulun 2,5 faiz artması, strateji valyuta ehtiyatlarının 53 milyard dollara yüksəlməsi respublikamızın həm daxili, həm də xarici sərmayələr üçün açıqlığını təmin etmişdir. Hesabat dövründə həyata keçirilən çevik investisiya siyasəti nəticəsində əsas kapitala bütün maliyyə mənbələrindən 3 milyard 125,9 milyon manat və 2013-cü ilin birinci rübü ilə müqayisədə 7 faiz çox vəsaitin yönəldilməsi bunu bir daha təsdiqləyir. Daxili investisiyaların yüksək artım tempi, ilk növbədə respublikanın sosialyönümlü siyasətinin mahiyyətindən, cəmiyyət həyatının bütün sahələrində modernləşməyə nail olmaq, iqtisadi potensialın səmərəli realizəsinə etibarlı zəmin formalaşdırmaq məqsədindən irəli gəlir. Cəmiyyətin gələcəkdə əldə edəcəyi böyük faydalar nəzərə alınaraq müəyyən məqamlarda böyük maliyyə hesabına başa gələn infrastruktur layihələri də gerçəkləşdirilir. Köhnə infrastrukturla müasir Azərbaycanın artan ehtiyaclarını təmin etməyin, iqtisadi inkişafda davamlı və sabit yüksəlişə nail olmağın, sahibkarlığı inkişaf etdirməyin, əhalinin həyat keyfiyyətini yaxşılaşdırmağın qeyri-mümkünlüyü hamıya məlumdur. Dövlət vəsaitləri hesabına kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təmin olunması, yolların bərpası və yenidən çəkilişi, zəruri infrastrukturun yaradılması və s. işlər həyata keçirilir.

Ölkə iqtisadiyyatına ümumi investisiya qoyuluşunda daxili investisiyaların xüsusi çəkisinin ilbəil artması həm də ölkənin öz iqtisadiyyatını daxili resursları hesabına maliyyələşdirmək imkanında olduğunu, digər tərəfdən onun xarici amillərdən asılılığının azaldığını təsdiq edir. Qeyri-dövlət bölməsinin inkişafı sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində əsas kapitala investisiya qoyuluşlarında özəl sektorun rolu da artır. İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü ildə ölkədə əsas kapitala investisiya qoyuluşlarında qeyri-dövlət bölməsinin payının 47,5 faiz olacağını, bunun da 70,4 faizinin daxili investisiyaların təşkil edəcəyini proqnozlaşdırır. İnvestisiyaların 68,5 faizinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi gözlənilir və bu da iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mahiyyətindən irəli gəlir.

Ölkə başçısının 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların, o cümlədən qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. Dövlət Proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva edir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın başlıca məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası və regionların inkişafı istiqamətində tədbirlərin davam etdirilməsidir. Proqramda müəyyənləşdirilmiş məqsədlərə nail olunması üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması nəzərdə tutulur. Eyni zamanda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması kimi mühüm vəzifələr nəzərdə tutulmuşdur.

2014-2018-ci illərdə orta illik inflyasiya tempininmilli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması; vergigömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi; kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi; taxıl istehsalının artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi; istehsalçıların ixrac yönümlü fəaliyyətinin stimullaşdırılması; ümumi daxili məhsulda qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisinin yüksəldilməsi və digər məsələlər diqqət mərkəzində olacaqdır.

Son dərəcə əhatəli, sistemli və məqsədyönlü səciyyə daşıyan dövlət proqramı qarşıdakı beş ildə qazanılmış uğurlu nəticələrin qorunub saxlanılması və inkişaf etdirilməsi, respublikamızın perspektiv inkişaf hədəflərinin dəqiq müəyyənləşdirilməsi, ümumi potensialın regional inkişaf tədbirlərinə yönəldilməsi baxımından əlahiddə əhəmiyyətə malikdir. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycanın dinamik inkişafını daha da sürətləndirəcək, regionlara göstərilən diqqət və qayğı hərtərəfli inkişaf və tərəqqi üçün etibarlı zəminə çevriləcəkdir.

 

Biznes mühitinin

liberallaşdırılmasına sanballı töhfə

 

Hesabat dövrünün mühüm göstəricilərindən biri də ölkədə özəl sektorun inkişafına xidmət edən təşkilati-hüquqi tədbirlərin uğurla davam etdirilməsidir. 2014-cü ilin birinci rübündə regionlarda 100-ə yaxın sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 500-dək yeni müəssisənin tikintisi davam etdirilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1014 sahibkara 44,7 milyon manat güzəştli kredit verilmiş, həmin kreditlər hesabına 2400-dən çox yeni yeri açılmışdır.

Ümumilikdə, regionların sosial-iqtisadi inkişafına dair əvvəlki dövlət proqramlarının icra olunduğu son 10 il ərzində respublikanın bölgələrində qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 7,2 dəfə, vergi daxilolmaları 12,7 dəfədən çox artmışdır. Respublikanın şəhər və rayonları üzrə vergi gəlirlərinin artımı Sumqayıt, Şirvan, Mingəçevir şəhərlərinə, eləcə də Abşeronİmişli rayonlarına öz xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etməyə imkan yaratmışdır.

Kiçikorta sahibkarlıq subyektlərinin kreditlərə çıxış imkanlarının genişləndirilməsi, adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, fizikihüquqi şəxslərin qeydiyyatı sisteminin sadələşdirilməsi və digər tədbirlər də qeyri-neft sektorunda məhsul istehsalının həcminin artımına səbəb olur. 2014-cü ilin yanvar-mart aylarında Azərbaycanda müəssisə və təşkilatların sayı artmaqda davam etmiş, qeydiyyata alınmış 2.388 hüquqi şəxsin 38-i dövlət mülkiyyətinə, 2.181-i xüsusi mülkiyyətə aid olmuşdur. Bunların 130-u tam xarici investisiyalı, 39-u birgə müəssisələrdir. Yeni müəssisələrin 47,2 faizi Bakıda, 11,5 faizi Aran, 11,4 faizi Lənkəran, 8,1 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişlər. Bu ilin yanvar-mart aylarında 19865 fiziki şəxsin qeydiyyatdan keçməsi ölkədə əlverişli biznes mühitinin mövcudluğunu təsdiqləmişdir.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər son dövrlər daha sürətlə reallaşdırılır, bu sahədə qanunvericilik bazası təkmilləşdirilir. Ümumiyyətlə, son 10 il ərzində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlar nəticəsində sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisi 83 faiz təşkil etmişdir.

Son illər ölkəmizdə sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının sadələşdirilməsi, bu sahədə müasir informasiya kommunikasiyalarının mütərəqqi yeniliklərinin tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, e-xidmətlərin geniş tətbiqi biznes mühitinin yaxşılaşdırılmasına şərait yaratmışdır.

Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərman bu istiqamətdə mühüm sənədlərdən olmuşdur. Bu sənəd o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda süründürməçilik hallarının aradan qaldırılması sahəsində, sözün əsl mənasında fundamental dəyişikliklərə yol açmışdır. Fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydiyyata alınması kimi məsələlər əksini tapmışdı.

Ötən illərdə sahibkarlıq subyektlərinin "bir pəncərə" prinsipi üzrə qeydiyyat sisteminin tətbiqi, habelə bu sahədə elektron xidmətlərin genişləndirilməsi sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının dinamikasına da müsbət təsir etmişdir. Həmin sistemin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlmiş, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik üzrə dünya miqyasında 148 ölkə arasında 39-cu yerdədir və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri arasında birincidir. "Doing Business 2014" hesabatında isə Azərbaycan 189 ölkə arasında 70-ci yerə yüksəlmişdir.

Ölkə başçısının 2014-cü il 3 mart tarixli "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı isə bu sahədə ötən illərdən başlamış islahatların mütərəqqi davamını təmin edəcək mühüm sənəd kimi dəyərləndirilməlidir. Fərman Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, sahibkarlığın inkişafına geniş imkanlar açır. Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət qurumları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq sahəsində səkkiz istiqamət üzrə geniş islahatların aparılmasını tələb edir.

Sənədin preambula hissəsində qeyd olunduğu kimi, fərman ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsinə və əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir. Fərmana əsasən, Nazirlər Kabineti qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla iki ay müddətində Vergilər, İqtisadiyyat və Sənaye, Ədliyyə, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidirlər.

Sənəddə həmçinin tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi; idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq təkliflərin hazırlanması tapşırılmışdır.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, fərmanda qarşıya qoyulmuş tapşırıqların icrası ilə bağlı təkliflər paketi hazırlanmış, bu zaman dünyadakı ən qabaqcıl və mütərəqqi təcrübələr əsas götürülmüşdür. Fərmana əsasən aparılacaq islahatlar çərçivəsində ikisi yeni olmaqla 6 qanunun qəbulu nəzərdə tutulur. "Özəl kredit büroları haqqında" və "Təminatlı əqdlər haqqında" qanun layihələri kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə imkan verəcəkdir. "Özəl kredit büroları haqqında" qanuna əsasən, hüquqifiziki şəxslərin kredit tarixçəsini aparan özəl kredit büroları yaradılacaqdır. "Təminatlı əqdlər haqqında" qanunla isə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayan əmlak və digər hüquqlar üzərində təminat hüquqlarının yaranması, qeydiyyatı, həyata keçirilməsi və s. məsələlərlə bağlı münasibətlər tənzimlənəcəkdir. Qeyd edilən qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaqdır.

Ölkə başçısının fərmanı əsasında təkliflərin hazırlanması zamanı biznesin qeydiyyatı və investorların maraqlarının müdafiəsi sahəsində Yeni Zelandiyanın, tikintiyə icazələrin alınması sahəsində Honq-Konqun, elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində İslandiyanın, əmlak hüquqlarının dövlət qeydiyyatı sahəsində Gürcüstanın, kreditlərin verilməsi sahəsində Malayziyanın, idxal-ixrac əməliyyatları sahəsində Sinqapurun, müəssisələrin bağlanması sahəsində Yaponiyanın təcrübəsi öyrənilmişdir.

İdxal-ixrac əməliyyatlarının aparılması sahəsində "bir pəncərə" sisteminin təkmilləşdirilməsi də diqqət mərkəzində olacaq. Xatırladaq ki, 2009-cu il  yanvarın 1-dən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi tətbiq edilir. Yeni Gömrük Məcəlləsinin tətbiqi ilə idxal-ixrac əməliyyatlarında inzibati prosedurlar daha da sadələşdirilmişdir. "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmana müvafiq olaraq, bu sahədə islahatlar davam etdiriləcəkdir. Bir sıra normativ-hüquqi aktlara dəyişiklik edilməklə idxal-ixrac zamanı gömrük nəzarətinin həyata keçirilməsi üçün cəmi iki sənəd -  nəqliyyat sənədi və bəyannamə tələb olunacaqdır. Bununla da tələb olunan sənədlərin sayı idxalda on birdən ikiyə, ixracda isə səkkizdən ikiyə endiriləcəkdir. Ümumilikdə isə tələb olunan sənədlərin sayı 19-dan 4-dək azalacaq.

Sənəd əsasında hazırlanacaq təkliflər son nəticədə respublikamızda biznes mühitinin daha da liberallaşmasını, sahibkarlar üçün daha münbit fəaliyyət imkanlarının yaradılmasını ehtiva edəcək. Bütün bunlar isə ölkədə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin ardıcıl və sistemli xarakter daşıdığını bir daha təsdiqləyir.

 

Sənayeləşməyə

xidmət edən

kompleks tədbirlər

 

Prezident İlham Əliyevin 2014-cü il 12 mart tarixli sərəncamı ilə "2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi isə ölkədə "Sənaye ili" çərçivəsində görüləcək işlərin əsas istiqamətlərini müəyyən etməklə istehsal sahibkarlığının inkişafına yeni təkan vermişdir.  Sənədə əsasən, yerli təbii və iqtisadi resurslara əsaslanan müəssisələrin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi, ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal sahələrinin fəaliyyətə başlaması, sənaye parklarının yaradılması, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.

Sənayeləşmə siyasətinə uyğun olaraq 2014-cü ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi, Balaxanı Sənaye Parkında müvafiq infrastrukturun qurulması və xarici investorların cəlb olunması, Gəncədə və Mingəçevirdə sənaye parklarının yaradılması, alternativ enerji qurğu və avadanlığının istehsalı üzrə yeni müəssisələrin istifadəyə verilməsi planlaşdırılır. Son aylar Sumqayıtda mis emalı zavodu, "Azərsun" sənaye parkının ərazisində yağ emalı zavodu, kağız və karton istehsalat kombinatı kimi iri sənaye müəssisələri istifadəyə verilmişdir. Hazırda 90-dan artıq sənaye müəssisəsinin tikintisi davam etdiriliril ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Bu il texnopark və sənaye şəhərciklərinin yeni modellərinin tətbiqi də əsas prioritetlər sırasındadır. Bu sahədə Asiya və Avropanın bir sıra ölkələrinin təcrübəsini öyrənmək məqsədilə yerli mütəxəssilər Yeni Zelandiya, Almaniya, İspaniya, Malayziya, Cənubi Koreya və digər dövlətlərdə təcrübə mübadiləsi aparmış və öyrənilmiş təcrübə əsasında yeni layihələr hazırlanmışdır. Mövcud modellər sırasında texnoparkların başqa bir forması olan Yüksək Texnologiyalar Parkının (YT Parkı) yaradılması daha məqsədəuyğun hesab edilir. Buna görə də Tədbirlər Planında İKT sənayesinin yeni modeli hesab edilən YT Parkının yaradılmasına mühüm yer verilmişdir. YT Parkı informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiyakosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi hesab olunur. Bu cür parkların yaradılması ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi daşıyır.

Xatırlatmaq lazımdır ki, 2013-cü il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sənaye texnoparkları ilə bərabər, YT parklarının da inkişafını stimullaşdırmaq üçün fizikihüquqi şəxslər, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə yeddiillik vergi güzəştləri nəzərdə tutulmuşdur. Bu ərazilərdə texnoloji avadanlıqların idxalı, istehsal təyinatlı malların ixracı ilə bağlı gömrük güzəştlərinin tətbiqi, digər stimullaşdırıcı tədbirlər həyata keçiriləcəkdir. Tədbirlər Planında müvafiq iqtisadi qurumlar qarşısında digər sənaye sahələrinin də inkişafı məqsədilə lazımi işlərin görülməsi, təşviqedici və stimullaşdırıcı addımların atılması müəyyən edilmişdir.

Son illər yaradılmış əlverişli biznesinvestisiya mühiti ölkədə iqtisadi fəallığın, o cümlədən sənayenin inkişafının başlıca şərtlərindən biri olmuşdur. Təsadüfi deyil ki, Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının yaradılması işləri sürətlə həyata keçirilir. Sumqayıt Kimya Sənaye Parkında 2 rezident qeydiyyata alınmışdır. Eləcə də Gəncə və Mingəçevir şəhərlərində, Bakının Qaradağ rayonunda da müasir sənaye şəhərciklərinin yaradılması nəzərdə tutulur.

Yerli təbii və iqtisadi resurslara əsaslanan müəssisələrin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi, ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal sahələrinin fəaliyyətə başlaması, sənaye parklarının, sənaye məhəllələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi sənayenin innovasiyalar əsasında inkişafını, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin edəcək.

 

İqtisadi tərəqqi və yüksək sosial rifah

 

Son illər əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını bir daha təsdiqləyir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan vermişdir.

Hökumətin müxtəlif kateqoriyaları əhatə edən vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasəti ümumən insan amilinin inkişafına təkan verir. Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin əsas mahiyyəti də məhz bundan ibarətdir ki, obyektiv səbəblərdən çalışmaq və zəhmətdən gəlir əldə etmək imkanından məhrum olmuş vətəndaşların problemləri xüsusi diqqət mərkəzində saxlanılsın. Hökumət azad iqtisadi münasibətlərə, azad rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də qətiyyən nəzərdən qaçırmır.

Son illər ölkədə sosial yönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə imkan verən, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm fərman və sərəncamların imzalanması, habelə bu sahədə mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da mühüm əhəmiyyətə malikdir.

2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramların həyata keçirilməsi nəticəsində respublikada yoxsulluğun səviyyəsinin azaldılması və məşğulluq probleminin həlli sahəsində əsaslı dönüşə nail olunmuşdur. Bu proqramların uğurla icra olunmasının ən mühüm göstəricilərindən birison 10 ildə ölkədə 900 mini daimi olmaqla 1 milyon 200 mindən çox yeni yerinin açılması, habelə yoxsulluğun səviyyəsinin 44,7 faizdən 5,2, işsizliyinin səviyyəsinin 28 faizdən 5 faizə enməsidir.

Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında açıqlanmış makroiqtisadi göstəricilər isə hər bir fərdin sosial tələbatının dolğun şəkildə ödənməsinə imkan yaradan sosialyönümlu siyasətin uğurla davam etdirildiyini göstərir. Bu göstəricilər deməyə əsas verir ki, ölkədə əhalinin həyat səviyyəsi və  keyfiyyətinin yüksəldilməsi üçün mövcud insan resurslarından, ilk növbədə əmək qabiliyyətli əhalinin potensialından səmərəli istifadə edilir. 2014-cü ilin birinci rübündə respublikada dövlət büdcəsi xərclərinin (4 milyard 374,3 milyon manat) 21,8 faiziya 954,3 milyon manatı sosialyönümlü olmaqla, 2013-cü ilin birinci rübü ilə müqayisədə 58,2 milyon manatya 6,5 faiz çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təhsil xərclərinə 8,5 faiz, səhiyyə xərclərinə 18,6 faiz çox vəsait yönəldilmişdir.

Hesabat dövrünün mühüm göstəricilərindən birimakroiqtisadi sabitliyin təmini və inflyasiyanın cəmi 2 faiz təşkil etməsi fonunda əhalinin pul gəlirlərinin 4,5 faiz artaraq 9,1 milyard manata çatmasıdır. Bu artımın adambaşına düşən həcmi isə orta hesabla 969,2 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,2 faiz bəndi üstələyərək 3,2 faiz təşkil etmişdir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bunu mühüm göstəricilərdən biri kimi dəyərləndirimişdir: "Həmişə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu da insanların sosial məsələlərinin həlli üçün əsas şərtdir. Eyni zamanda bu, Azərbaycanda iqtisadisosial islahatların düzgün istiqamətdə aparılmasını göstərir. Çünki köklü iqtisadi islahatlar, çox ciddi sosial proqramlarla da təmin edilməlidir".

Həyata keçirilən tədbirlər hesabat dövründə ölkədə orta aylıq əməkhaqqının da artımına imkan yaratmışdır. 2014-cü ilin birinci rübünün yekunlarına əsasən, ölkədə aylıq əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz yüksələrək 430 manat (550 dollar) təşkil etmişdir. Fiziki şəxslərin gəlir vergisi dərəcələrinin optimalşaşdırılması, habelə Əmək Məcəlləsinə bir sıra mütərəqqi dəyişikliklərin edilməsi əməkhaqlarının leqallaşdırılması istiqamətində həyata keçirilən iqtisadi təşviqetmə tədbirlərinin tərkib hissəsi kimi özünü doğruldur. Hesabat dövründə 29 min yeni yerinin açılması həm də infrastrukturun müasirləşdirilməsi və investisiya mühitinin sağlamlaşdırılması, yeni sənaye texnoparklarının yaradılması tədbirlərinin nəticəsi sayıla bilər.

Hesabat dövründə əldə olunan uğurlu göstəricilər deməyə əsas verir ki, hökumətin 2014-cü il üçün müəyyənləşdirdiyi iqtisadi hədəflərin reallaşdırılması üçün ölkənin kifayət qədər zəngin resursları və potensialı mövcuddur. Xüsusilə özəl sektorun inkişafı istiqamətində qanunverici-institusional tədbirlərin genişləndirilməsi Azərbaycanda inkişaf tempinin yüksəlməsinə və əhalinin rifah halına müsbət təsirini göstərəcək.

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.- 6 may.- S.10.