Heydər Əliyev ideyaları ilə gələcəyə doğru

 

Hər bir xalqın tarixən formalaşmış dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir. Tarix göstərir ki, daxilən güclü, vətənpərvər və xarizmatik lideri olmayan xalqın real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması mümkün deyildir. Xalqların həqiqi azadlığına zəmin yaradan iqtisadi müstəqillik də məhz fenomen şəxsiyyətlərin milli resursları nəzərə almaqla müəyyənləşdirdikləri inkişaf strategiyasına əsaslanır. Belə liderlər milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində davamlı və sabit tərəqqi üçün dayanıqlı əsasların müəllifinə çevrilirlər.

XX əsrdə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət - ümummilli lider Heydər Əliyev də müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənəyə uyğun praktik surətdə gerçəkləşdirmiş böyük strateq kimi xalqın əbədi və tükənməz sevgisini qazanmışdır. Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Hakimiyyətdə olduğu 34 il müddətində ulu öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir.

Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçilərkən geniş kütlə tərəfindən yaxından tanınmırdı. Tezliklə hamı Azərbaycana yeni fəaliyyət metodlarına malik rəhbərin gəldiyinin şahidinə çevrildi. Bütün bunlar isə çox sadə formada baş verirdi. Bu sadəliyin arxasında böyük təfəkkürün və baş verəcək dəyişikliklərin dayandığına heç kəs şübhə etmirdi.

Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması, Azərbaycanın isə onun simasında özünə yeni fəaliyyət metodlarına malik rəhbər tapması xalqın xoşbəxtliyinin başlanğıcı oldu! Elə buna görə də Heydər Əliyevi hamı sevirdi. Azərbaycana rəhbərliyə başladığı gündən hər bir vətəndaş, bütövlükdə xalq ona arxa duran, mənafeyini qoruyub müdafiə edən, haqsızlıq və qanunsuzluqla barışmayan böyük qəlbli insanın hakimiyyətə gəldiyini görürdü. Onun qeyri-adi xüsusiyyətləri, indiyədək Azərbaycana başçılıq etmiş şəxslərin heç birində təsadüf olunmayan keyfiyyətləri də vardı. Ulu öndər qısa zamanda məhz geniş və çoxcəhətli, qızğın fəaliyyəti sayəsində özündən əvvəlki respublika rəhbərlərini kölgədə qoydu. Ulu öndər hansı sahəyə nüfuz edirdisə, orada yeniliklər yaradır, əsaslı bir görürdü. Həm də bu fəaliyyət təkcə bugünlə məhdudlaşmır, gələcəyə ünvanlanırdı.

Heydər Əliyev qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etməklə bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirdi, paralel şəkildə həyata keçirdi. Təsadufi deyil ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı inkişafquruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.

Həlledici məqamlarda xalqı üzləşdiyi çətinliklərdən xilas etmək böyük və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Ölkənin, xalqın taleyində ümummilli liderin rolutarixi missiyası da bununla müəyyən olunur. Geniş zəkası, fitri uzaqgörənliyi, dəmir məntiqi, polad iradəsi ilə ətrafındakılardan daim fərqlənən Heydər Əliyevin simasında Tanrı xalqımıza XX əsrdə əsl xilaskar bəxş etmişdir. Heç təsadüfi deyildir ki, xalqımız və vətənimiz üçün ən çətin vaxtlarda tarixo böyük şəxsiyyəti seçmişdir. Müstəqilliyimizin ilk illərində ölkədə baş verən hadisələr hamımızın yaxşı xatirindədir. O ağır günlərdə hər kəsi yalnız bir sual narahat edirdi: dövləti kimə etibar etmək olar? Bu sual uşaqdan-böyüyədək hamını düşündürürdü. Qərar isə yekdil oldu! Xalq özünün sınanmış və sədaqətli oğlunun, görkəmli dövlət xadimidünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtmasını xahiş və tələb etdi. Heç zaman öz seçimində yanılmayan xalq Azərbaycanın xilasını, xaosanarxiyadan qurtuluşunu, müstəqilliyinin qorunmasını və əbədiliyə çevrilməsini məhz onun fəaliyyətində gördü. Ulu öndər xalqın arzu və çağırışına biganə qalmadı və tarixi missiyasını gerçəkləşdirməkdən ötrü geriyə döndü.

1993-cü ilin iyun ayından etibarən ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı. Ulu öndər qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi tam təmin etməklə ölkə iqtisadiyyatındakı tənəzzül prosesinin qarşısının alınmasına xidmət edən bir sıra zəruri tədbirlər həyata keçirdi. Çox böyük müdriklik və uzaqgörənliklə hazırladığı yeni neft strategiyasının həyata keçirilməsi lokomotiv rolunu oynayaraq iqtisadiyyatın digər sahələrinin də inkişafına yardım göstərdi, eyni zamanda Azərbaycanın dünyaya inteqrasiyasını sürətləndirdi. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası müstəqil dövlət quruculuğu prosesinin əsas prioritetlərini müəyyənləşdirdi. Siyasi, iqtisadi, hüquqi islahatlar keçirildi, möhkəm qanunvericilik bazası yaradıldı. Qazanılan uğurlar nəticəsində Azərbaycan Avropa Şurasına üzv oldu.

Bəli, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb. Yeni Azərbaycan Partiyasının V qurultayında çıxışı zamanı Prezident İlham Əliyev bu barədə deyib: "Ulu öndərin rəhbərliyi ilə Azərbaycan on il ərzində böyük və şərəfli yol keçmişdir. 1993-2003-cü illər ölkəmizdə sabitlikinkişaf illəri kimi yadda qaldı, tarixdə qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim edə bilmişdir. Beynəlxalq əlaqələrimiz inkişaf etmişdir. Dünya xəritəsində Azərbaycan özünə layiq yerini tuta bilmişdir. Siyasiiqtisadi islahatlar uğurla aparılmışdır. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv olmuşdur. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edilmişdirbu investisiyalar hesabına Azərbaycan həm o illərdə, həm bu gün inkişaf edir. Azərbaycan etibarlı tərəfdaş imicini qazanmışdır. Bu da çox vacib məsələdir. Çünki o vaxt Azərbaycan haqqında dünyada kifayət qədər təsəvvür yox idi. Azərbaycanı dünyaya olduğu kimi təqdim etmək ulu öndərin xüsusi zəhməti hesabına mümkün olmuşdur".

Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədlərin böyük əksəriyyətini əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirmişdir. Son 10 ildə respublikada uğurla həyata keçirilən siyasət ilk növbədə ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratiksosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Cənab İlham Əliyev bu dövr ərzindəki fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirmişdir. Son 10 ildə Azərbaycanın keçdiyi böyük yüksəliş yolu ümummilli lider Heydər Əliyevin müəllifi olduğu milli inkişaf prosesinin nəticəsidir. Bu prosesin nəticəsində Azərbaycanın bütün bölgələri tarazlı şəkildə inkişaf edir, bütün şəhər və kəndlər, qəsəbələr intibah dövrünü yaşayır.

Ümummilli lider Heydər Əliyev xalqının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modelisiyasi varislik ənənələri yaratmış şəxsiyyət idi. Bu böyük şəxsiyyətin zəngin irsini araşdırarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Və hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqilliyi ərzində sosial-iqtisadi həyatımızın ayrı-ayrı istiqamətlərində əldə olunmuş uğurlar ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sürətli islahatların məntiqi nəticəsidir.

Müstəqil Azərbaycan xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi yolla inkişaf edir, inamla gələcəyə doğru addımlayır. Ölkəmizin müstəqillik tarixində baş verən proseslərə nəzər saldıqda bir daha aydın olur ki, Azərbaycanın tərəqqisinin, qüdrətlənməsinin və dövlətçiliyimizin əbədiliyinin yolu məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsindən, ulu öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir. 10 il öncə elə bu zərurətdən yaranan Heydər Əliyev Fondu ulu öndərin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental, çoxşaxəli layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə həm maddi, həm də mənəvi dəstək verir.

Bu gün Heydər Əliyev Fondunun geniş spektri əhatə edən fəaliyyəti, həyata keçirdiyi çoxşaxəli layihələr hər bir azərbaycanlıya yaxşı məlumdur. Fondun əsas məqsədləri ulu öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin tədqiqinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın tərəqqisi və xalqımızın yüksək rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələri gerçəkləşdirmək, ölkənin iqtisadi potensialını möhkəmləndirmək, milli-mənəvi dəyərlərə sadiq gənclər yetişdirmək, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq və digər həyati məsələlərdən ibarətdir. Hər addımı ilə ölkəmizin inkişafına böyük töhfələr verən Heydər Əliyev Fondunun fəaliyyəti eyni zamanda bəşəriyyətin həmrəyliyi üçün sivilizasiyalararası dialoqa yönəlib.

Heydər Əliyev Fondunun ulu öndərin adına layiq olaraq geniş spektri əhatə edən, hər kəsdə fərəh və qürur hissləri doğuran kəhkəşan fəaliyyətinin əsasında, təbii ki, onun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə və ümumən fondun fəaliyyətinə yaradıcı münasibəti dayanır. Mehriban xanım Əliyevanın özünün də bəyan etdiyi kimi, fondun çoxşaxəli fəaliyyətinin bir əsas məqsədi var: insanlara təmənnasız yaxşılıq!

Hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyət hər birimiz üçün nümunədir.

Yeni Azərbaycan Partiyasının ötən ilin iyununda keçirilən V qurultayında partiya üzvlərinin siyasi iradəsi və istəyi ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva YAP-ın sədr müavini seçilmişdir. Bu seçim ilk növbədə Azərbaycanın birinci xanımının partiyanın cəmiyyətdəki nüfuzunun yüksəlməsinə verdiyi əvəzsiz töhfələrlə şərtlənir. İnkişafyönümlü layihələrə böyük dəstək verən Azərbaycanın birinci xanımı partiya daxilində qadın hərəkatının genişlənməsini təmin etmişdir. Bütün sahələrdəki fəaliyyəti ilə uğur rəmzinə çevrilmiş Mehriban xanım Əliyeva sədr müavini kimi YAP-ın inkişafında daim mühüm rol oynayacaq.

Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycanın yüksəlişində ümummilli liderin adını daşıyan fondun xidmətləri əvəzolunmazdır. Ötən 10 ildə Heydər Əliyev Fondu ulu öndərin ideyalarını rəhbər tutaraq ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla həyata keçirib. Nəcib əməlləri ilə xeyirxahlıq ünvanına çevrilən, hər bir azərbaycanlının qürur yeri, fəxri və vüqarı olan Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə tapması işində bundan sonra da yeni zirvələr fəth edəcək, doğma Azərbaycanın adını hər zaman layiqincə ucaldacaq.

 

Arzu İSGƏNDƏROV,

Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin məsləhətçisi

Azərbaycan.-2014.- 7 may.-S.12.