Yeni Azərbaycan Partiyası “Heydər Əliyev və yeni cəmiyyət modelimövsusunda konfrans keçirmişdir

 

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) “Heydər Əliyev və yeni cəmiyyət modeli” mövzusunda konfrans keçirmişdir.

AzərTAc xəbər verir ki, Baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov konfransı açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışmışdır. Azərbaycanın müasir tarixinin Heydər Əliyevin adı, onun xilaskarquruculuq missiyası ilə bilavasitə bağlı olduğunu vurğulayan Əli Əhmədov bildirmişdir ki, ölkəmizin çoxəsrlik tarixində bu dövrün xüsusi yerirolu vardır. Azərbaycan xalqının Heydər Əliyev irsinə sadiqliyi, onun siyasətinin alternativsizliyini birmənalı şəkildə qəbul etməsi dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlılığının və onun tarixi missiyasının yeni şəraitdə davam etdirilməsinin göstəricisidir. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızın bütün sahələrdəki qüdrətli inkişafı və bu tərəqqinin nəticələri ölkəmizin və xalqımızın gələcək taleyinə çox yüksək təsir göstərmək imkanındadır. Heydər Əliyev Azərbaycanı yalnız vətəndaş müharibəsindən xilas etməmiş, onun gələcək inkişaf planını hazırlamışdır. Ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik olmasından məharətlə istifadə edən Ümummilli Lider dünyanın aparıcı neft şirkətlərinin diqqətini Azərbaycana yönəldə bilmişdir. Məhz Heydər Əliyevin diplomatik səyləri nəticəsində 1994-cü ilin sentyabrında Bakıda tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş neft kontraktı imzalanmışdır. Bu müqavilənin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycana investisiya qoyuluşu başlamışdır ki, bununla da işsizlik, yoxsulluq kimi problemlər öz həllini tapmış, respublikamız iqtisadi inkişaf yoluna qədəm qoymuşdur.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə “Heydər Əliyev: şəxsiyyət və tarix münasibətlərinin dialektikası” mövzusunda məruzə ilə çıxış etmişdir.

Ulu öndər Heydər Əliyevin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, əbədi lider olduğunu vurğulayan AMEA-nın prezidenti demişdir ki, Heydər Əliyevin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətinin nəticələri zaman keçdikcə daha aydın şəkildə görünməkdədir. Çünki bu fəaliyyət xalqın gələcəyi üçün uzaqgörənliklə düşünülmüş, ən yüksək dəyərlər səviyyəsində qiymətləndirilmiş və milli inkişafın strateji proqramı kimi qəbul olunmuşdur. Ümummilli Liderin milli quruculuq proqramı zamana və şəraitə uyğun olaraq uğurla həyata keçməkdədir. Dahi şəxsiyyət yaxın və uzaq hədəfləri elə dəqiqliklə müəyyənləşdirmişdir ki, hər mərhələ öz zamanında aktuallaşır, gerçəkləşir və növbəti mərhələyə doğru inkişaf edir. Bu mənada Ulu Öndərin əbədi miras qoyduğu strateji proqram yaradıcı gücə malikdirbu güc onun təməl prinsiplərinin əsaslarındadır.

Bildirilmişdir ki, Heydər Əliyevin əsasını qoyduğu başlıca istiqamətlər demokratik dövlət quruculuğunu şərtləndirən dünyəvi, hüquqi prinsiplərə əsaslanan və elmi intellektual ehtiyatlar üzərində qurulan müasir modellərdir. Dünyanın ən çox inkişaf etmiş ölkələrinin tarixi təcrübəsində sınanan demokratik modellər və hüquqi prinsiplər Böyük Öndərin dahi düşüncəsindən keçmiş, təhlil olunmuş və tətbiq üçün hazırlanmışdır. Ona görə də Azərbaycan ən doğru demokratiya yolu ilə irəliləməkdədir. Bu gün Azərbaycanın inkişaf yolu Heydər Əliyev dühasının işığında aydınlaşır və millətin gələcəyinin daha da parlaq olması üçün möhkəm və sağlam təməllərə əsaslanır.

Qeyd olunmuşdur ki, ictimai-siyasi və mədəni həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Heydər Əliyevin dövlət quruculuğu dünyəvi demokratik prinsiplərlə milli əxlaq və milli mənəvi dəyərlər sisteminin sintezini təşkil edir. Belə fundamental quruculuq gələcəkdə daha səmərəli nəticələrin alınmasını da təmin etmək üçün böyük uzaqgörənliklə düşünülmüş siyasətin tərkib hissəsini təşkil edir.

Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov “Heydər Əliyev siyasətində demokratiyaplüralizm” mövzusundakı məruzəsində bildirmişdir ki, 1993-cü ilin prezident seçkiləri ərəfəsində Heydər Əliyev öz proqramında bəyan etmişdir ki, Azərbaycan demokratik inkişaf yolunu seçəcək və xalqımız sivil dünyanın yolu ilə gedəcəkdir. Demokratik inkişaf yolunu tutan hər hansı bir ölkə, ilk növbədə, demokratiyanın vacib şərtlərindən olan iqtisadi inkişaf modelini müəyyən etməlidir. Ulu öndər Heydər Əliyev həmin dövrdə qətiyyətlə vurğulamışdır ki, Azərbaycan bazar münasibətləri yolu ilə gedəcəkdir. O çox yaxşı bilirdi ki, hüquqi, demokratik dövləti yalnız bazar münasibətlərinə əsaslanan bir cəmiyyətdə qurmaq olar. Ölkədə demokratik inkişafı reallaşdırmaq və demokratik islahatları keçirmək yalnız möhkəm iqtisadi bazaya əsaslanmaqla mümkündür. Buna görə də ulu öndər Heydər Əliyev iqtisadiyyatın tamamilə yenidən qurulması və iqtisadi islahatların aparılmasını ön plana çəkmişdir.

Vitse-spiker diqqətə çatdırmışdır ki, Heydər Əliyev demokratik cəmiyyət quruculuğunun vacib şərtlərindən olan demokratik təsisatların – parlamentseçki sisteminin formalaşması və inkişafına xüsusi əhəmiyyət verirdi. Qeyd etmək lazımdır ki, bütün müsəlman Şərqində ilk cümhuriyyət parlamenti 1918-ci ildə Azərbaycanda yaranmışdır. Bu mənada Azərbaycan müəyyən parlamentparlamentarizm ənənələrinə malik idi. Müasir Azərbaycan parlamentinin yaranmasının banisi Heydər Əliyev bu sahədə uğurlu işlərə imza atmışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova “Heydər Əliyev irsində ailə, qadın və uşaq məsələləri vətəndaş cəmiyyətinin formalaşmasında əsas amil kimi” mövzusundakı məruzəsində bildirmişdir ki, ölkəyə başçılıq etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi qeyd edərək deyirdi: “Ailə dəyəri, ailə ənənələri, milli mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. Ulu Öndər heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qala bilmirdi. O, Azərbaycanda ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər cür imkan və şərait yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, insan yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Ulu Öndər hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusu, qayda-qanunu, əlaqələri və prinsipləri gözləməyə borcludur. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bütün bacardığından istifadə etməli, hamıya hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara tam riayət etməlidir. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Müstəqil dövlətimizin ali sənədinin – Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir.

Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyət daxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə çalışırdı. Bu baxımdan o, ailədə və cəmiyyətdə xüsusi yeri olan qadınların hüquqlarının müdafiəsini zəruri hesab edirdi. Ulu Öndər deyirdi: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”.

H.Hüseynova bildirmişdir: Bizim hər birimiz fəxr etməli və qürur duymalıyıq ki, Ümummilli Liderin yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyevlə yanaşı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davam etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Heydər Əliyev ideyaları: inkişafın uğurlu təməli” mövzusundakı məruzəsində qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev özünün təşkilatçılıq məharəti və çoxcəhətli səmərəli fəaliyyəti ilə idarəçilik elmini təkcə əməli cəhətdən deyil, həmçinin nəzəri baxımdan da zənginləşdirmişdir. Təbiidir ki, hər bir uğurlu sistemin arxasında təhsil, elmbilik dayanır. İstənilən ölkənin bu günü və gələcəyi milli kadrların, insan potensialının peşəkarlıq və bilik səviyyəsindən çox asılıdır. Gələcəyi görən və proqnozlaşdıra bilən Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində ölkənin maddi imkanlarının məhdudluğuna baxmayaraq, Azərbaycanda insan potensialının inkişafına, onun formalaşdırılmasına yönəlmiş çox mühüm addımlar atmış, yüzlərlə gənci təhsil almaq üçün Sovet İttifaqının nüfuzlu ali məktəblərinə oxumağa göndərmişdir. Bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq olunan Dövlət Proqramına əsasən hər il yüzlərlə gənc inkişaf etmiş xarici dövlətlərin qabaqcıl ali təhsil müəssisələrində ixtisaslı kadr kimi yetişir.

Azərbaycanın özündə idarəetmə sahəsində milli kadrların hazırlanması üçün müstəqillik illərində bir necə yeni elm və təhsil ocağı yaradılmışdır. Vaxtilə ümummilli lider Heydər Əliyev də insan potensialını bütün sahələrdə və hər zaman inkişafın aparıcı lokomotivi, mərkəzi və həlledici amili kimi müəyyənləşdirmişdir. Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında müasir anlamda insan inkişafı ilə bağlı vəziyyətin fasiləsiz monitorinqinin aparılması, təhlili və qiymətləndirməsi əsasında insan inkişafı prosesinin idarə edilməsi ilk dəfə Ümummilli Lider tərəfindən həyata keçirilmişdir.

Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasında BMT-nin İnsan İnkişaf Proqramı ilə birlikdə insan inkişafı haqqında ilk hesabatlar hazırlanmışdır.

Azərbaycan Respublikasının son illərdə davamlı inkişaf sahəsində qazandığı uğurların əsasında müasirinnovativ idarəetmə texnologiyalarının tətbiqi dururbu fəaliyyət gələcək uğurların təminatıdır.

Çıxışlardan sonra tədbir mədəni proqramla davam etmişdir.

 

 

Azərbaycan.-2014.- 8 may.- S.4.