Azərbaycan Prezidenti İlham Əliyev
Rusiya Prezidenti yanında uşaq
hüquqları üzrə müvəkkili qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mayın 8-də Rusiya Federasiyası Prezidenti
yanında uşaq hüquqları üzrə müvəkkil
Pavel Astaxovu qəbul etmişdir.
Uşaq hüquqları üzrə müvəkkil
Pavel Astaxov Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinin salamlarını
və ən xoş arzularını
dövlətimizin başçısına
çatdırdı.
Görüşdə
Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında ikitərəfli münasibətlərin
müxtəlif istiqamətlərdə, o
cümlədən humanitar, mədəniyyət
və digər sahələrdə inkişafından məmnunluq
ifadə olundu, ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın
daha da genişləndirilməsi ilə
bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin
başçısı Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına
görə minnətdarlığını bildirdi,
onun da
salamlarını Rusiya dövlətinin
başçısına çatdırmağı xahiş etdi.
Azərbaycan.-
2014.- 9 may.- S.1.