Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilmişdir

 

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Akademik Həsən Əliyev küçəsi ilə Aşıq Molla Cümə küçəsinin kəsişməsində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası keçirilmişdir.

Aksiyada Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları, rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, həmçinin fəal gənclər iştirak etmişlər.

Yüksək fəallıqla keçən aksiyada ətraf ərazi tullantılardan və alaq otlarından təmizlənmiş, İtaliyadan gətirilmiş 600-ə yaxın Leylandra növlü ağaclar əkilmişdir.

Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu cür genişmiqyaslı silsilə tədbirlər rayon ərazisində yerləşən bütün idarə, müəssisə və təşkilatlarda davam etdirilmişdir.

Əli Əhmədov jurnalistlərə müsahibəsində bildirmişdir ki, Yeni Azərbaycan Partiyası hər il Azərbaycan xalqının ümummilli lideri, partiyanın yaradıcısı Heydər Əliyevin doğum günü ərəfəsində müxtəlif aksiyalar keçirir. Bu aksiyalar içərisində Bakı şəhərində yaşıllaşdırma, ağacəkmə kampaniyalarının keçirilməsi mühüm yer tutur. Partiyanın bu ənənəsinin artıq böyük bir tarixi vardır. Biz ayrı-ayrı vaxtlarda Bakının müxtəlif guşələrində çoxlu sayda ağaclar əkmişik. Nərimanovda bir neçə il bundan əvvəl əkdiyimiz ağaclar artıq böyüyübrayonun ekologiyasına müsbət təsirini göstərir. Bu günUlu Öndərin anadan olmasının 91-ci ildönümü ərəfəsində YAP-ın fəallarının bir qismi bu ərazidə ağacəkmə kampaniyasını həyata keçirir.

Baş nazirin müavini demişdir ki, ümummilli lider Heydər Əliyev ətraf mühitin qorunmasına, yaşıllıqların salınmasına xüsusi diqqət yetirirdi. Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə böyük önəm verir. Çünki təmiz ekologiya, təbiət hər bir insanın sağlamlığı üçün çox vacibdirbu işə mühüm töhfə verən kampaniyalardan biri də ağacların əkilməsidir.

 

Azərbaycan.- 2014.- 11 may.- S.10.