«ASAN Könüllüləri» Gənclər Təşkilatı Heydər Əliyev zirvəsinə yürüş etdilər

 

 

"ASAN Könüllüləri" Gənclər Təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə müxtəlif tədbirlər həyata keçirir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, təşkil olunan silsilə tədbirlərdən biriümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibəti ilə keçirilən yürüşdür. Gənclər təşkilatının üzvləri Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüb, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsini fəth ediblər. Könüllülər ümummilli liderə gənclərin böyük ehtiramının əlaməti kimi "ASAN Könüllüləri" Gənclər Təşkilatının və "ASAN xidmət"in bayraqlarını bu zirvədə dalğalandırıblar.

 

 Azərbaycan.- 2014.- 11 may.- S.12.