Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar keçirilən yaradıcılıq müsabiqəsinə yekun vuruldu

 

 

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Mətbuat Şurası ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar "Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır" mövzusunda jurnalistlər arasında keçirilən yaradıcılıq müsabiqəsinə yekun vurdu.

Əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirildi. Sonra iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov ulu öndər  Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü işlərdən geniş bəhs etdi, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında əvəzsiz xidmətlərindən danışdı. Natiq bildirdi ki, tarixin çətin sınaqlarından uğurla çıxmış Heydər Əliyev strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin gələcək sosial-iqtisadi inkişafına ən möhkəm zəmanətdir.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov  ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərdiyini vurğuladı.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, "Azərlotereya" ASC-nin dəstəyi ilə təşkil olunmuş müsabiqəyə ümumilikdə müxtəlif qəzet, sayt və agentliklərdə yerləşdirilmiş 37 məqalə və 3 televiziya süjeti təqdim olunub. Müsabiqəyə təqdim edilmiş məqalə və süjetlər İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu müsabiqə komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.

Tədbirdə qaliblər elan olundu, onlara diplom və hədiyyələr təqdim edildi. Ümümiyyətlə isə bütün müsabiqə iştirakçıları mükafatlandırıldı.

Qeyd edək ki, "Azərbaycan" qəzetinin əməkdaşı Elnur Hacalıyevin "Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır" yaradıcılıq müsabiqəsinə təqdim etdiyi "Davamlı regional inkişafı təmin edən mükəmməl iqtisadi strategiya" adlı məqaləsi münsiflər heyətinin qərarı ilə birinci yerə layiq görülübdiplomla təltif olunub.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olan gənc əməkdaşlarına YAP-ın partiya biletləri də təqdim olundu.

 

Azərbaycan.- 2014.- 11 may.- S.10.