Azərbaycanın Avropa Şurasında yeni missiyası başlayır

 

Bu gündən ölkəmiz AŞ Nazirlər Komitəsinə sədrlik edəcək

 

Beynəlxalq təşkilatların üzvü olmaq, onun işində yaxından iştirak etmək hər bir müstəqil dövlətin qarşıya qoyduğu mühüm hədəflərdir. Azərbaycan Respublikası da dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmə inteqrasiya kursunu seçərək qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla əməkdaşlığa daim mühüm önəm verib. Bu gün beynəlxalq təşkilatlarla əməkdaşlıq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulanuğurla davam etdirilən xarici siyasət kursunun mühüm komponentini təşkil edir.

Ulu öndərin rəhbərliyi altında 1993-cü ilin ortalarından ictimai-siyasi sabitliyin, qanunçuluğunhüquq qaydalarının təmin edilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər Azərbaycanın qeyri-sabit dövlət imicini aradan qaldırdı, regionun siyasi simasını və taleyini müəyyənləşdirən mühüm demokratik institut və təşkilatlarla əməkdaşlığına təkan verdi. Avropa regionunun nüfuzlu beynəlxalq təşkilatı sayılan Avropa Şurası ilə əməkdaşlıq da həmin dövrdən zəruri məsələ kimi gündəmə gəldi. Yenicə müstəqillik qazanmış respublikamız öz maraqlarını qorumaq, ölkə həqiqətlərini dünyaya çatdırmaq, demokratikləşmə prosesini sürətləndirmək məqsədilə təşkilata üzvlüyü vacib saydı. Aparılan işlərin nəticəsi olaraq 13 il əvvəl AŞ-nin tamhüquqlu üzvlüyünə qəbul olunan Azərbaycan beynəlxalq səviyyədə özünün maraq və mənafelərini müdafiə etmək üçün əlverişli tribuna qazandı.

nüfuzlu beynəlxalq təşkilat olduğundanonun dünya proseslərinə təsiri, imkanları çox böyükdür. Avropanın aparıcı dövlətləri bunu yaxşı bildiklərindən təşkilatın səmərəli idarə edilməsinə çox həssaslıqla yanaşırlar. Buna görə də onun rəhbər orqanlarına kimlərin və hansı dövlət nümayəndələrinin seçilməsi çox böyük əhəmiyyət kəsb edir. Bu mənada 2003-cü il yanvarın 27-də cənab İlham Əliyevin AŞ-nin Parlament Assambleyasının sədr müavinibüro üzvü vəzifələrinə seçilməsi Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan biri kimi yadda qalıb.

AŞ-nin üzvü olduqdan sonra respublikamız bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edib, təşkilatın imkanlarından istifadə etməklə problemin ədalətli həllinə çalışıb. Bu mənada cənab İlham Əliyevin ilk addımlarından biri Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin beynəlxalq aləmə çatdırılmasından ibarət oldu. O, AŞ PA-nın 2003-cü il yaz sessiyasında Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana aid çoxlu sayda mədəniyyət abidələrinin dağıdılması haqqında faktlara toxunaraq bu sənəddə əksini tapmış statistik göstəricilərin real həyat həqiqətlərinə əsaslandığını inandırıcı dəlillərlə sübut etdi. Nəticədə erməni deputatlarının işğal faktının sənəddən çıxarılması ilə bağlı təklifi rədd olundu. Müzakirələr zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütməsi faktı qəti şəkildə pislənildi  bunun bütün beynəlxalq hüquq normalarına zidd olduğu bəyan edildi.

Ümumiyyətlə, Azərbaycan bu nüfuzlu təşkilatın imkanlarından istifadə edərək Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətində ciddi səylər göstərib. Görülən işlərin nəticəsində bu təşkilat Ermənistanın təcavüzünü pisləyən 1416 saylı qətnamə və 1690 saylı tövsiyə qəbul edib. 1416 saylı qətnamə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana diplomatik üstünlük verən vacib beynəlxalq sənəddir. Göründüyü kimi, AŞ məhz o təşkilatlardandır ki, respublikamız burada qısa müddətdə özünü təsdiqləyə bilib və Azərbaycan diplomatiyasının uğuru sayılan sənədlərin, xüsusən Ermənistanın işğalçılıq siyasətini pisləyən ayrıca qətnamənin qəbuluna nail olub.

Mayın 6-da Vyana şəhərində AŞ Nazirlər Komitəsinin 124-cü sessiyası keçirilib. Sessiyada AŞ Nazirlər Komitəsinə sədrlik Azərbaycana keçib. Azərbaycanın sədrlik müddəti rəsmi olaraq mayın 14-də başlayacaq. Beləliklə, Azərbaycanın AŞ-də yeni missiyası başlayır. Vyana sessiyasında sədrliyi qəbul edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin sədrlik dövrü üçün prioritet istiqamətlərini açıqlayıb. Nazir bildirib ki, növbəti altı ay müddətində Azərbaycan AŞ-nin üç əsas sütunu - insan hüquqları, qanunun aliliyidemokratiyaya güclü dəstək verəcək və bu istiqamətdə səylərini əsirgəməyəcək. Bu müddət ərzində AŞ-nin əsas dəyərlərinin dəstəklənməsi və təşviqi bizim bütün fəaliyyət və öhdəliklərimizin mərkəzində duracaq. Elmar Məmmədyarov deyib: "Üzv dövlətlərdən təcili və qəti cavab əldə etməyi təmin etmək üçün Avropada demokratiya, təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə ciddi diqqət ayıracağıq. Bu məqsədlə Azərbaycan sədrlik müddətində gücləndirilmiş dialoq, qarşılıqlı hörmət və anlaşma yolu ilə kompromis ruhunda razılaşdırılmış qərarlar əldə etməyə çalışacaqdır".

Mütəmadi qaydada inkişaf edən cəmiyyətlərdə mədəni fərqliliklərin idarə edilməsi bu gün Avropada əsas məsələlərdən birinə çevrilib. Azərbaycan tarixən müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkandır. Mədəni fərqliliklərə yardım məsələsi hər zaman gündəlikdəki əsas məsələlərdən olub. Sədrlik zamanı Azərbaycan mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım edəcək. Mədəniyyətlərarası dialoqun dini ölçüləri haqqında AŞ-nin 2014-cü il illik iclasını təşkil edəcək.

Azərbaycan sosial həmrəylik və sosial davamlılığı istənilən sarsılmaz və çiçəklənən cəmiyyətin vacib elementi hesab edir. Ölkəmizin bu istiqamətdə səyləri AŞ-nin zəif müdafiə olunan qruplara xüsusi diqqət ayıraraq heç bir ayrı-seçkilik olmadan hamının sosial hüquqlardan istifadə imkanının təmininə yardım etməyə yönəlib. Ermənistanın işğalçılıq siyasəti səbəbindən genişmiqyaslı məcburi köçkünlük təcrübəsi olan Azərbaycan heç şübhəsiz sədrliyin müvafiq fəaliyyətləri çərçivəsində cəmiyyətin müdafiəsiz üzvləri olan bu insanların hüquqlarının müdafiəsinə güclü diqqət ayıracaq.

Azərbaycan AŞ-nin qonşu regionlarla bağlı siyasətinin gedişatını yaxından izləməkdədir. 2011-ci ildə İstanbulda başlanılan bu siyasət nəticəsində siyasi dialoqun gücləndirilməsi və əməkdaşlıq prioritetləri ilə bağlı razılıqlar vasitəsilə qonşu regionlardakı bir çox ölkələrlə münasibətlərin dərinləşməsi istiqamətində ciddi uğurlar əldə edilib. Qitələrin kəsişməsində yerləşən ölkə olan Azərbaycan bu ölkələrlə tarixi köklərə dayanan güclü ikitərəfli əlaqələrə malikdirbu səbəbdən bu siyasətin təkmilləşməsinə böyük diqqət göstərməkdə davam edəcək.

Azərbaycanın sədrliyi zamanı 2014-cü ilin sentyabrında Bakıda AŞ-nin qonşuluq siyasətinə həsr olunmuş yüksək səviyyəli nazirlər konfrans keçirərək təşkilatın səylərini dəstəkləmək niyyətindədir. Bu konfrans Nazirlər Komitəsində son zamanlarda müzakirə mövzusu olmuş qonşuluqdakı bəzi ölkələrlə daha institusional münasibətlərin yaradılması imkanlarını nəzərə alaraq AŞ-nin mümkün uzunmüddətli fəaliyyətinin istiqamətlərinin müzakirəsi üçün dəyərli forum rolunu oynaya bilər. Həmçinin bu tədbir mədəniyyətlərarası dialoqla bağlı fəaliyyətlərin qonşuluq siyasətinin ümumi məqsədlərinə əlavə dəyər gətirib-gətirmədiyini müəyyənləşdirməyə imkan yaradacaq.

Azərbaycan sədrliyi müddətində Avropa İttifaqı, ATƏT və BMT kimi digər beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da möhkəmləndirilməsinə dəstək göstərəcək. Azərbaycanın sədrliyi 6 ay davam edəcək və bu dövrdə ölkəmizdə ümumilikdə 18 tədbir keçiriləcək. Noyabr ayında isə sədrlik Azərbaycandan Belçikaya keçəcək. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan AŞ Nazirlər Kabinetinə sədrliyini uğurla həyata keçirəcək, ortaya qoyduğu nümunələrlə qurumun fəaliyyətinə böyük töhfələr verəcək.

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.- 2014.- 14 may.- S.1.