Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

14 May 2014

 

¹ 118                   Bakı şəhəri, 1 may 2014-cü il

 

"Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin ehtiyatlarının Siyahısı"nın "İnformasiya sistemlərinin ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında

 

"Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin ehtiyatlarının Siyahısı" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "İnformasiya sistemlərinin ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər" təsdiq edilsin (2 nömrəli əlavə).

3. Mərkəzi icra hakimiyyəti orqanları digər dövlət qurumları bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan informasiya sistemlərinin ehtiyatlarının "Elektron hökumət" portalına qoşulması üçün zəruri tədbirlər həyata keçirsinlər.

4. "Elektron hökumət" portalının iştirakçıları portala qoşulmalı olan informasiya sistemlərinin ehtiyatlarının, elektron xidmətlərinin bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş Texniki Tələblərə uyğunluğunu təmin etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.- 2014.- 14 may.- S.2.