Tolerantlığa dair növbəti konfrans keçirilmişdir

 

 

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda növbəti konfrans mayın 13-də Şirvan şəhərində keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov tədbiri giriş sözü ilə açaraq Azərbaycanda bütün dinlərə digər millətlərə tarixən tolerant münasibət bəsləndiyini demişdir. O, dini ayrı-seçkilik ədavət salınmasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən görülən işlərdən bu sahənin daim diqqət mərkəzində saxlanılmasından danışmışdır.

Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Şahin Mirzəyev çıxışında şəhərdə radikalizmi, dözümsüzlüyü bölücülüyü təbliğ edən zərərli meyillərə qarşı aparılan mübarizə tədbirləri barədə məlumat vermişdir.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Samid Abıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Tural Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi  üzrə dini icmasının sədri Əvəz Mehrəliyev, Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən söhbət açmışlar.

 

Azərbaycan.- 2014.- 14 may.- S.5.