Neftçilərə yeni mənzillərin orderləri təqdim olunmuşdur

 

Mayın 13-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin nümayəndələri Bakının Xətai rayonunda tikilmiş yeni yaşayış binasında ev almış neftçilərə orderlərin təqdim olunması mərasimində iştirak etmişlər.

Məlumat verilmişdir ki, istifadəyə verilən 8 bloklu yeni yaşayış binası 12 mərtəbədən, mansardan və 303 mənzildən ibarətdir. Bina su, elektrik xətti və təbii qazla təchiz olunmuşdur. Tam təmirli mənzillər mətbəx mebeli, qaz sobası ilə təmin edilmiş, binanın həyətində istirahət guşəsi yaradılmış, ətraf abadlaşdırılmışdır.

 

Azərbaycan.- 2014.- 14 may.- S.6.