Veteranlar onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdardırlar

 

Əsası 1960-cı ilin ortalarında, sovetlər dövründə qoyulmuş Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin göstərdiyi hərtərəfli diqqət və qayğı nəticəsində bu gün ölkəmizin ən böyüknüfuzlu ictimai təşkilatlarından birinə çevrilmişdiröz fəaliyyətini getdikcə genişləndirir.

Veteranlar Şurasının Rəyasət Heyəti təşkilatın dövlət idarələri, ictimai qurumlar və birliklərlə qarşılıqlı əlaqələrinin veteran hərəkatının inkişafında mühüm rol oynadığını nəzərə alaraq bu əlaqələri daha da genişləndirmək, bu sahədə fərqlənən dövlət xadimlərini, ictimai xadimləri və kollektivləri mükafatlandırmaq üçün “Veteranların qayğıkeşı” diplomunu təsis etmişdir.

Bu günlərdə Respublika Veteranlar Şurasının Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Veteranların qayğıkeşi” diplomu ilə mükafatlandırılmışdır. Dövlətimizin başçısına, həmçinin Respublika Veteranlar Şurası üzvünün vəsiqəsi və təşkilatın döş nişanı da təqdim edilmişdir. Yüksək mükafata layiq görüldüyünə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bildirmişdir ki, biz veteranları həmişə diqqətimizdə saxlayırıq, onlara öz qayğımızı göstəririk, müharibədə həlak olmuş əsgərlərimizin və zabitlərimizin xatirəsini əziz tuturuq. Onların bir çoxu bizim aramızdadır. Onlar gənc nəslin tərbiyəsində, gənclərin vətənpərvərlik, qəhrəmanlıq tərbiyəsində nümunədirlər. 2015-ci ildə Qələbənin qazanılmasının 70 ili tamam olur. 2015-ci il Veteran ilidir. Mən bütün məmurlara, səlahiyyətli işçilərə tapşırmışam ki, veteranları təkcə yubileylərdə deyil, həmişə, hər an diqqətdə saxlasınlar, onlara qayğı göstərsinlər.

Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev bildirmişdir ki, Prezident İlham Əliyev bu diploma respublikamızda veteran hərəkatının gücləndirilməsinə və veteranlara göstərdiyi müstəsna qayğıya görə layiq görülmüşdür.

D.Rzayev 9 May - Qələbə bayramı ərəfəsində 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranlarına, müharibədə həlak olmuşsonradan vəfat etmiş veteranların dul qadınlarına və arxa cəbhə veteranlarına ənənəvi yardımın verilməsinə, istisnasız olaraq müharibə veteranlarının hamısının Prezident təqaüdlərinin məbləğinin artırılmasına dair imzaladığı sərəncamlara görə təşəkkür etmişdir. Prezident İlham Əliyev veteran təşkilatının respublikanın ictimai-siyasi həyatındakı fəaliyyətindən razı qaldığını bildirərək, bundan sonra da təşkilata və veteranlara lazımi köməyin göstəriləcəyini bildirmişdir.

 

Azərbaycan.- 2014.- 15 may.- S.3.