Regionlarda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müzakirəsi davam etdirilir

 

Mayın 14-də Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalı və səmərəli sosial müdafiə sistemi: uğurlar və perspektivlər” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan tədbirdə şəhər ictimaiyyətinin təmsilçiləri, QHT və media rəhbərləri iştirak etmişdir.

Bildirilmişdir ki, ölkəmizin inkişafına xidmət edən bütün proqram və layihələr hər birimiz üçün çox önəmlidir. Son vaxtlarda ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində Quba rayonunda da çox mühüm işlər görülmüşdürbu sahədə işlər davam etdirilir. Son iki il ərzində rayonda sosial-iqtisadi, ictimai-siyasi sahələrdə böyük irəliləyişlərə nail olunmuşdur.

Qeyd olunmuşdur ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası regionların tarazlı inkişafını təmin edir. Prezident İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı müvafiq Sərəncamı görülən işlərin sürətlənməsinə və səmərəliliyinin artırılmasına zəmin yaratmışdır. Bu konsepsiya Azərbaycan dövlətinin yeni böyük uğurlarının başlanğıcıdır. Konsepsiyada bütün sahələrlə yanaşı, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması da xüsusi əhəmiyyət daşıyır. Ölkə əhalisinin yerləri ilə təmin olunması üçün kompleks tədbirlər planı həyata keçirilir. Hazırda 60-a yaxın dövlət proqramı, strategiyakonsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir.

Tədbirdə çıxış edənlər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində görülmüş işlərdən danışmışlar.

 

Azərbaycan.- 2014.- 15 may.- S.6.