Prezident İlham Əliyevin növbəti diplomatik zəfəri dünya erməniliyinə sarsıdıcı zərbə oldu

 

 

Ermənilərin mənfur "soyqırımı et və başqasını erməniyə soyqırımı etməkdə günahlandır" siyasəti 24 aprel 2014-cü il tarixdə Praqada Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammitdə də özünü aydın şəkildə göstərdi. Çox maraqlıdır ki, bütün dövrlərdə soyqırımı siyasəti Ermənistan Respublikasının dövlət siyasəti olduğunu XX əsrdə azərbaycanlılara qarşı həyata keçirilən siyasət də sübut etmişdir. Lakin bu qədər soyqırımı balansına sahib olan dövlətin prezidenti hər yerdə olduğu kimi, burada da yalançı soyqırımı iddialarını əsas mövzuya çevirmiş oldu. Məhz bunun nəticəsidir ki, 24 aprel 2014-cü il tarixdə Serj Sarkisyan Praqa sammitində çoxsaylı problemlər içərisində boğulan Ermənistanın heç bir problemi yoxmuş kimi zirvə görüşünün plenar iclasında çıxışını tamamən xəyali, elmi əsası olmayan "soyqırımı" nağılına həsr etmişdir.

Dövlətlər də insanlar kimidir. Hər ikisinin tərcümeyi-halı, tarixi var. Ermənistan prezidenti Serj Sarkisyan kimi insanlar var ki, onların tərcümeyi-halı açılanda çox faciələrə aydınlıq gətirilir. Tarixi reallıqdır ki, müstəqillik dövründə Ermənistanda hakimiyyətdə olanların böyük əksəriyyəti Dağlıq Qarabağda azərbaycanlılara qarşı soyqırımının qanadları üzərində hakimiyyətə gəlmişlər. Əgər dünyanın aparıcı dövlətlərinin ikili standartlardan xilas olduğu gün gələrsə, Ermənistan prezidentləri azərbaycanlılara qarşı törətdikləri soyqırımına görə beynəlxalq tribunalda cavab verməlidirlər. Təəssüf ki, ikili standartlığın beynəlxalq diplomatik aləmdə davam etdiyinə görə bu kimi "parlaq" tərcümeyi-hala sahib olan şəxs Avropa İttifaqının Praqa sammitinə dəvət olunur, orada çıxış etmək haqqı tanınır. Sammitdə yüksək tribunadan varislərinin vəsiyyətinə sadiq qalaraq sammitin gündəliyindən kənar olaraq "soyqırımı" nağılını dünyaya danışmaqdan da utanmır.

S.Sarkisyan kimi insanların tərcümeyi-halının bir cəhəti də ondan ibarətdir ki, onun tərcümeyi-halı Ermənistanın tərcümeyi-halı ilə üst-üstə düşür. O, Dağlıq Qarabağda azərbaycanlılara qarşı soyqırımını törətdiyi kimi, Ermənistan da Azərbaycan torpaqlarında - Qərbi Azərbaycanda gerçək soyqırımı həyata keçirmiş, tarix etibarilə qısa bir zamanda azərbaycanlı yurdunu - Qərbi Azərbaycanı özləri dünyanın hər yerinə səpələnmiş olduqları halda, monoetnik erməni respublikasına çevirmişdir. Buna görə də Ermənistan prezidenti Ermənistanda son 100 ildə həyata keçirdikləri soyqırımı faktı ilə qarşılaşmaqdan qorxur.

Cənubi Qafqaza, xüsusən Azərbaycana gəldikləri gündən (1828-ci il fevral) ermənilər azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürmüşlər. Gəlmə olduqları halda aborigen insanları sıxışdırmaq, bölgəni azərbaycanlısızlaşdırmaq siyasətini həyata keçirməyə başladılar. XIX-XX əsrlərdə, XXI əsrdə də xaricdən dəstək görən, ikili standartlardan istifadə edən erməni liderləri azərbaycanlılara qarşı soyqırımını həyata keçirmişsaxta soyqırımı şouları ilə dünyada insanları aldatmağa çalışırlar. Soyqırımı ermənilərə köçürüldükləri bölgələri azərbaycanlılardan təmizləmə planının tərkib hissəsi idi.

1828-ci ildən başlayaraq, amerikan tarixçisi, professor Justin Makkartinin qeyd etdiyi kimi, Rusiya ermənilərə bölgəni azərbaycanlılardan təmizləmə planını həyata keçirməkdə kömək göstərmişdir. 1828-1900-cü illərdə təxminən 1,4 milyon azərbaycanlı ermənilərin təhriki ilə ruslar tərəfindən ata-baba torpaqlarını tərk etməyə məcbur edilmişlər. Bunların üçdə biri ölmüş, öldürülmüşya aclıq və xəstəliklərdən həlak olmuşdur. Azərbaycanlılardan azad edilmiş torpaqlarda ermənilər yerləşdirilmiş və saxta yollarla müxtəlif bölgələrdə ermənilərin "çoxluğuna" nail olmuşlar. Əslində, bu ssenarinin nəticələri uzun illər əvvəldən hesablanmışdır.

Azərbaycanlılarda heç bir millətə nifrət hissi olmamışdır. Lakin azərbaycanlıları ermənilərə qarşı qaldıran ermənilərin antiazərbaycan planları və çar Rusiyasının ədalətsiz ermənipərəst siyasəti, ermənilərin azərbaycanlıları sıxışdırma və soyqırımına məruz qoyma siyasəti olmuşdur. Buna görə də Rusiyanın Qafqazdakı canişini çar II Nikolaya yazırdı ki, ermənilərlə azərbaycanlılar arasında münaqişənin başlanması üçün kiçik bir bəhanənin olması kifayətdir. Bu, ermənilərə çox lazım idi, istifadə də etdilər. Ermənilər gəldikləri vaxtlarda, XX əsrin əvvəllərində, 1918-ci ildə də bu ziddiyyətlərdən istifadə edərək yerli əhalini soyqırımına məruz qoydular. Soyqırımına məruz qaldıqlarını Anadoluda olduğu kimi, burada da əsassız olaraq dünyaya yaymağa başladılar.

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq məclislərdə dəfələrlə elan etmişdir ki, Ermənistan Respublikası əzəli Azərbaycan torpaqlarında meydana gəlmişdir. Ermənistanın 1918-ci ildən bəri tarixini vərəqləsək məlum olar ki, bugünkü monoetnok erməni respublkası azərbaycanlıların soyqırımının yetirməsidir. Sammitdə soruşulduğu kimi, XX əsrin əvvəllərində, respublika elan olunanda indiki Ermənistanda 2 milyondan artıq azərbaycanlı yaşayırdı, onlardan şahid olaraq yüzlərlə qəbiristanlıq var idi.

Hər yerdə olduğu kimi, Praqa sammitində də Ermənistan prezidenti heç bir tarixi sənədə əsaslanmadan iddia etdi ki, ermənilər 1915-ci il aprelin 24-də Osmanlı hökuməti tərəfindən soyqırımına məruz qalmışlar. Həqiqətdə 24 aprel 1915-ci il tarixində nə olmuşdur? Cavabı çox sadədir. Osmanlı dövləti Birinci Dünya müharibəsində Rusiya ilə müharibədə idi. Erməni komitəçiləri bundan istifadə edərək vətəndaşı olduqları Osmanlı dövlətinə xəyanət, Rusiyaya casusluq və kömək təşkil edirdilər. Osmanlı dövləti bunun qarşısını almaq məqsədilə erməni komitəçilərinə qarşı dövlət borcunu yerinə yetirərək və vətəndaşlarının təhlükəsizliyini təmin edərək onlara qarşı müxtəlif yerlərdə eyni vaxtda əməliyyat keçirmiş və komitəçiləri fəaliyyətini məhdudlaşdırmaq üçün həbs etmişdilər. Ermənilərin soyqırımı günü hesab etdikləri 24 aprel 1915-ci il tarixində ölməsi bir tərəfdə qalsın, bir nəfər erməni millətindən olan şəxsin burnunun qanadığına aid bir fakt belə yoxdur. ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın hüquq məsələləri üzrə müşaviri Bryus Fein bildirmişdir ki, evin araşdırması nəticəsində ermənilərin 2 milyon osmanlı türkünü qətlə yetirdiyi ortaya çıxmışdır. Ermənilərin soyqırımı iddiasının əsassız olduğu isbatlanmışdır.

Praqa sammitində S.Sarkisyan əsassız olaraq "soyqırımı" nağılının rəngini daha da tündləşdirmiş və Türkiyəni əsas tənqid hədəfi olaraq seçmişdir. Onu həvəsləndirən ən mühüm amil Türkiyənin sammitdə təmsil olunmaması idi. Ona görə də hər şey danışa bilərdi. Amma yanılmışdır. Ona görə ki, türk dünyasının əsas lideri olan Azərbaycan Prezidenti İlham Əliyev orada idi. Azərbaycan Prezidenti "Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm"-  söylədi və sammitin tələblərinə uyğun S.Sarkisyana tutarlı, elmi, arqumentli cavab verdi.

Burada bir neçə cəhəti xüsusi olaraq qeyd etmək lazımdır. Ermənistan prezidenti erməni xislətinə sadiq qalaraq, onun daşıyıcısı olduğunu bəyan edərək Aİ-nin Praqa sammitinin gündəliyindən - mövzusundan əsassız olaraq kənara çıxır. O, "Şərq Tərəfdaşlığı"nın 5 illiyində Ermənistanda həyata keçirilməli olan tədbirlər, siyasi, iqtisadi və digər sahələrdə islahatlar, Aİ-nin üzvü olan ölkələrlə əlaqələrdən danışmalı idi. S.Sarkisyanın siyasi islahatlardan, demokratik inkişafdan, fundamental azadlıqların təmin olunmasından danışmağa sözü yox idi. Ermənistan iqtisadiyyatının son 5 ildəki vəziyyəti haqqında da bəyan etməyə heçyoxdu. Ölkədə işsizlik rekord həddədir. Ermənistan boşalır, xarici borclar altında boğulur, xarici ölkələrin və diasporun ianələri ilə yaşayır, beynəlxalq layihələrdən günahları üzündən məhrum olub. Bunları dilə gətirməyə üzü olmayan S.Sarkisyan Praqa sammitinin gündəliyinə daxil olmayan məsələni prosedur qaydaları pozaraq meydana atır. Sammitin əsasnaməsinə görə, sədarət onun sözünü kəsməli, gündəliyə uyğun danışmağı təklif etməli, tabe olmadıqda mikrofonu söndürməli idi. Beynəlxalq sammitlərin, ölkələrin ali məclislərinin təcrübəsində belə hallara çox rast gəlinir. Praqa sammitində də ikili standartlar sədarətə S.Sarkisyanın olmayan 1915-ci il "soyqırımı"na məruz qalanlara ağlamağa imkan vermişdir.

Ermənilər tarixin bütün dövrlərində fürsət əsirləri olmuşlar. Bu dəfə də elə oldu. Fürsət var ikən S.Sarkisyan sammitdə Türkiyənin iştirak etməməsindən istifadə edərək "soyqırımı" nağılını tanıtmaq istəyirdi. Bu düşüncədə idi ki, sammitdə iştirak edən dövlət rəsmiləri ona cavab verməzlər. Lakin o, çox ağır diplomatik zərbə aldı. Prezident İlham Əliyev ilk olaraq Sarkisyanın ürəkli olmasının səbəbini çox sərrast müəyyən edərək bəyan etdi: "Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur". Çox dəqiq ifadə edilmiş diplomatik addım, hədəfə çatmış bəyanat idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu bəyanat erməni xəstəliyinin xroniki olmasından xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə ilə əməkdaşlığın yüksək səviyyədə olmasını bəyan etmiş və azərbaycanlılara qarşı soyqırımı tərcümeyi-halı Sarkisyanı çətin vəziyyətdə qoymuşdur. Burada bir cəhətə aydınlıq gətirmək lazımdır. S.Sarkisyan Aİ-nin "Şərq Tərəfdaşlığı" Proqramına daxil olan Ermənistanın son 5 ildəki uğursuzluğunun səbəbini özlərində deyil, Türkiyənin  "günahı" olaraq sammit iştirakçılarına çatdırmağı, Avropa ictimaiyyətini aldatmağı hədəf almışdır. Uğursuzluqların səbəbini Türkiyənin Ermənistanla sərhədini bağlaması ilə əsaslandırmağa çalışmışdır.

Lakin Azərbaycan Prezidenti İlham Əliyev "Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb" bəyanatı ilə diqqəti Azərbaycanın işğal olunmuş torpaqlarına sammit iştirakçılarının diqqətini cəlb edib. Bu, sammit iştirakçılarının ciddi marağına səbəb olub. Prezident İlham Əliyev Praqa sammitinin tribunasından istifadə edərək Azərbaycanla əlaqədar Ermənistanın işğalçılıq fəaliyyətini bir daha bütün dünyaya bəyan etdi, insanların yaddaşını təzələdi.

Prezident İlham Əliyevin sammitdəki çıxışı diplomatik mənada triumfdur. Bu çıxışı diplomatik master dərs də hesab etmək olar. Dərs yalnız sammit iştirakçılarına deyil, dünya auditoriyasına ünvanlanmışdır. Praqa sammitində Azərbaycan Prezidenti demişdir: "Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan ümumilikdə 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir".

Beynəlxalq təşkilatlar işğalçı axtarırlar. Gətirilən faktlar aydın şəkildə göstərir ki, işğalçını kənarda axtarmaq lazım deyil, işğalçı sammitdədir, dünyanın ikili standartlarından və xristian təəssübkeşliyindən istifadə edərək Avropa paytaxtlarında bəyanatlar verir. Bu günahlara sahib olan müsəlman liderlərdən hansı xarici ölkələrə, beynəlxalq sammitlərə buraxılırlar? Mümkün deyil?

Prezident çıxışında iştirakçılara analoqu olmayan işğalçı dövlətin götürdüyü öhdəlikləri yerinə yetirməməsi barədə də əsaslı məlumat verdi: "Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq, bugünədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir. Eyni zamanda, onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada günahlandırmaqda davam edirlər".

Praqa sammitində iştirak edənlərin doğrudanmı azərbaycanlıların Dağlıq Qarabağda etnik təmizlənməyə məruz qaldıqlarından xəbəri yoxdurmu? Elə isə niyə onlar Ermənistanın BMT TŞ-nın 4 qətnaməsinin tələblərini yerinə yetirməsinə etinasızlıq göstərirlər. BMT-nin iclaslarının gündəliyinə dəfələrlə Azərbaycanın işğal edilmiş torpaqları haqqında məsələ daxil edilir, müzakirə olunur. Kor döyüşü kimi işğal olunan Azərbaycan torpağı olduğu halda işğalçı da məclislərdə iştirak edir. Analoqu olmayan bir erməni yanaşması da ondan ibarətdir ki, Azərbaycanı münasibətlərə qeyri-konstruktiv yanaşmaqda günahlandırmaqda davam edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev Praqa sammitindəki çıxışında çox mətləblərə bir daha aydınlıq gətirmişdir: "Bizim torpaqlarımız işğal altındadır. Helsinki Yekun Aktında ərazi bütövlüyüöz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır". Görəsən, Aİ-də "Şərq Tərəfdaşlığı"na daxil olan ölkələrin xəritəsi yoxdurmu? Azərbaycan dünya dövlətləri tərəfindən işğal olunmuş torpaqlarla birlikdə tanınıb. Yəni Aİ-nə daxil olan siyasi liderliyin tərəfdaş ölkələrin torpaqları haqqında məlumatları bu qədər azdırmı? Əgər məlumatları varsa, tərəfdaşlıq öhdəliklərini onların yerinə kim əməl etməlidir? Nə qədər suallar verilsə də, ikili standartlara əsir düşmüş siyasi liderlərin cavab vermək imkanları yoxdur. Küveyt hadisələri dünyanın yadından çıxmayıb. Müstəqil Küveytə müdaxilə edənin cəzası gecikmədi. Lakin Azərbaycana müdaxilə edən Ermənistanın cəzasının 22 il gecikməsini izah etmək mümkün deyildir.

Ermənilər işğalçılıq əməllərini öz müqəddəratını təyinetmə hüququ ilə əsaslandırmağa çalışırlar. Bunun absurd olduğunu Prezident İlham Əliyev Praqa sammitindəki çıxışında aşağıdakı şəkildə ifadə etmişdir: "Üstəgəl ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada - Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər." Əslində dünyada ikinci elə bir millət yoxdur ki, ermənilər kimi öz müqəddəratını təyinetmə tələbi ilə çıxış etsin. "Onların öz dövləti var, onlar öz müqəddəratını təyin edib" bəyanatı da Sarkisyanın əsassız çıxışının iflası idi.

Azərbaycan Prezidenti İlham Əliyev Praqa sammitindəki çıxışında Türkiyənin Ermənistanla münasibətlərə aydınlıq gətirilməsi ilə əlaqədar çalışmalarını da ortaya qoymuşdur: "Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı". Türkiyənin Baş naziri 2005-ci ildə Ermənistan prezidentinə göndərdiyi məktubda "Soyqırımı tamam yalandır. Bu mövzu ilə əlaqədar Türkiyə Respublikası öz arxivlərini açmışdır. Erməni tərəfin də arxivini açmasını istəyirəm" yazmışdı. Daha sonra R.T.Ərdoğan qeyd edirdi: "Bu məsələ ilə siyasətçilərin deyil, tarixçilərin məşğul olmaları doğru davranışdır". Lakin Ermənistan adekvat cavab verməyərək arxivlərini açmadı. Ermənistan arxivlərini açmaqdanüçün qorxur? Onlar bilir ki, ortaq tarix komissiyası Ermənistan arxivlərində bir nəfər belə erməninin türklər tərəfindən planlı, dövlət siyasətinin nəticəsi olaraq öldürülməsinə aid arxiv sənədi aşkar edə bilməyəcək. Arxivdəki sənədlər ermənilərin Anadoluda türkləri və Azərbaycan torpaqlarında azərbaycanlıları qətl etdiklərini, soyqırımına məruz qoyduqlarını göstərəcək.

 Ermənilərin heç bir elmi-arxiv sənədinə əsaslanmayan yalan üzərində qurulan çirkin təbliğat kampaniyası tarix dəyişsə də, mahiyyət etibarilə dəyişməmişdir. Erməni tarixçisi Arutunyan haqlı olaraq qeyd edir ki, Ermənistanda tarix donaraq 1915-ci ildə qalmışdır, 99 ildir ki, erməni rəhbərləri xalqı "soyqırımı" yalanları ilə uyudur. Hələ də xalqı Osmanlı sultanı ilə savaşa hazırlayırlar.

Azərbaycan Prezidenti İlham Əliyev Praqa sammitindəki çıxışında ölkəmizin beynəlxalq öhdəliklərə sadiq olduğunu bəyan etməklə yanaşı, bölgədə sülh istəməyənin Ermənistan olduğunu da dünyaya bildirmişdir. "Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. Bunu etmək çox asandır. Yalnız Ermənistan tərəfindən siyasi iradə olmalıdır".

 

Həsənbala SADIQOV,

AMEA Gəncə Bölməsinin professoru

Azərbaycan.- 2014.- 15 may.- S.7.