Fransa Azərbaycanla əlaqələrin yüksək səviyyədə olmasına böyük önəm verir

 

 

Prezident Fransua OLLAND: "Ölkənizi özüm üçün kəşf etdim. İlk dəfədir ki,  buraya səfər edirəm. Lakin sizi əmin edirəm ki, bu səfər sonuncu səfər deyildir"

 

Xarici siyasətində Avratlantik məkana inteqrasiya kursunu əsas prioritetlərdən biri kimi müəyənləşdirən Azərbaycan Respublikası 1993-cü ildən başlayaraq bu istiqamətdə mühüm uğurlar əldə edib. Avropanın həm nüfuzlu təşkilatları, həm inkişaf etmiş aparıcı dövlətləri ilə uğurlu siyasi-iqtisadi dialoqun qurulması hər bir tribunadan, hər bir əməkdaşlıqdan ölkəmizin inkişafı, dünya birliyində layiqli yerini tutması Ermənistanın təcavüzkar siyasətinin ifşası üçün Azərbaycana geniş imkanlar verib.

Bu gün Avratlantik strukturlar aparıcı Qərb dövlətləri ilə Azərbaycanın ikitərəfli əlaqələri genişlənməkdə davam edir. Diqqəti çəkən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan diplomatiyasında Qərb istiqaməti vacib yerlərdən birini tutduğu kimi Avropa dövlətləri Azərbaycanın Cənubi Qafqazın lideri statusunu qəbul edərək ölkəmizlə əlaqələrinin yüksək səviyyədə olmasında maraqlıdırlar. Fransa Prezidenti Fransua Ollandın bir neçə gün öncə Azərbaycana rəsmi səfəri bunu bir daha təsdiqlədi.

1993-cü ilin sonlarında Azərbaycan Prezidenti Heydər Əliyev Avropa ilə əməkdaşlıq siyasətinə Fransadan başlayıb. Həmin dövrdən etibarən hər iki ölkənin dövlət hökumət başçıları, parlament sədrləri, nazirləri dəfələrlə qarşılıqlı səfərlər ediblər. Ayrı-ayrı vaxtlarda dövlət başçıları hər iki ölkənin ali orden medalları ilə təltif olunublar. Sonuncu dəfə Fransanın keçmiş Prezidenti N.Sarkozi Azərbaycanda 2011-ci ilin oktyabrında, Azərbaycan Prezidenti isə 2012-ci ilin sentyabrında Fransada rəsmi səfərdə olub. Dövlət başçılarının sonuncu görüşündən ötən zaman etibarilə qısa müddətdən sonra Fransa Prezidentinin Azərbaycana rəsmi səfər etməsi dünyanın Avropanın siyasi səhnəsində öz yeri olan bu ölkənin Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsinə verdiyi önəmin Azərbaycanla Fransa arasındakı siyasi dialoqun yüksək səviyyəsinin göstəricisidir.

Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə çox əlamətdar hadisədir. Bu səfər iki ölkə arasındakı əlaqələrin bundan sonrakı inkişafına, yeni əməkdaşlıq əlaqələrinin yaranmasına çox güclü təkan verəcək. Prezident İlham Əliyevin fransalı həmkarı ilə keçirdiyi görüşlərdə müxtəlif mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı. Bu görüşlərdə səslənən fikirlər təsdiq edir ki, Azərbaycan-Fransa əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, iki ölkənin siyasi, iqtisadi digər sahələrdə əlaqələri, habelə dostluq münasibətləri daha da möhkəmlənəcək. Prezident İlham Əliyev Bakı Fransız Liseyində yaradılmış şəraitlə tanışlıq zamanı bu barədə deyib: "Əminəm ki, Sizin rəsmi səfəriniz Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında mühüm addım olacaqdır, əlaqələrimizə yeni təkan verəcəkdir. İyirmi ildən artıqdır ki, ölkələrimiz bir-biri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çoxşaxəlidir, müxtəlif sahələri əhatə edir gündən-günə möhkəmlənir. Bizim çox sıx siyasi əlaqələrimiz vardır. Sizin rəsmi səfəriniz bunu təsdiqləyir. Daim siyasi dialoq, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılır. Biz beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik. Bir sözlə, siyasi əlaqələrimizin yüksək səviyyədə olması bütün başqa sahələrə müsbət təsir göstərir".

Azərbaycanla Fransa arasındakı əlaqələrdə iqtisadi əməkdaşlıq məsələləri xüsusi yer tutur. Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Fransanın iri şirkətləri Azərbaycanda neft-qaz sənayesində yaxından iştirak edir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Fransanın Cənubi Qafqazda birinci ticarət tərəfdaşıdır. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dollara yaxındır. Bu fakt həm onu təsdiq edir ki, Azərbaycan Cənubi Qafqazda iqtisadi inkişafına görə liderdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik indiki ticarət dövriyyəsinin həcmi yaxşı bir başlanğıcdır. 

Azərbaycanla Fransa arasında humanitar sahədə əməkdaşlıq yüksələn xətlə davam edir. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti iki ölkənin humanitar əlaqələrinin inkişafına son illərdə böyük töhfələr verib. Fondun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə Fransanın mədəni irsinin qorunması ilə bağlı müxtəlif layihələr icra edilib. Belə ki, Heydər Əliyev Fondu Luvr, Versal Sarayı, Strasburq Kafedral Kilsəsi digər tarixi abidələrin bərpasında iştirak edib. İndiyədək Heydər Əliyev Fondunun xətti ilə Fransanın ayrı-ayrı şəhərlərində mütəmadi şəkildə Azərbaycanın mədəniyyətini təbliğ edən konsertlər, görüşlər, sərgilər keçirilib, Azərbaycan mədəniyyət xadimlərinin Fransada konsertləri təşkil olunub. Həmçinin Bakıda fransız mədəniyyətini təbliğ edən sərgilər açılıb, Luvr Orse muzeylərini, Pompidu Mərkəzini, Versal Sarayını, Fransa Dövlət Kitabxanasını digər mədəniyyət ocaqlarını bəzəyən 400-dən çox eksponat ölkəmizdə təbliğ olunub. Heydər Əliyev Fondunun ən mühüm layihələrindən biri Parisin mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasıdır. Bu mədəniyyət ocağının fəaliyyətə başlaması məhz Mehriban Əliyevanın təşəbbüsü ilə mümkün olub. Fransa dövləti Mehriban Əliyevanın humanitar mədəni əməkdaşlığın inkişafına verdiyi töhfələri çox yüksək qiymətləndirərək onu "Fəxri Legion" ordeni ilə təltif edib.

Bakıda inşa olunan Bakı Fransız Liseyi də Azərbaycanla Fransa arasındakı humanitar əməkdaşlığın bariz nümunəsidir. Liseyin təməli "Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dair" imzalanan sazişə əsasən qoyulub. Yaradılmasına Heydər Əliyev Fondunun da dəstək verdiyi lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaq. Bu liseylə tanışlıq zamanı Fransa Prezidenti Fransua Ollandın Azərbaycanla bağlı söylədiyi fikirlər ölkəmizə yüksək ehtiramın göstəricisidir: "Mən bir neçə günlüyə Qafqaza gəlmişəm. Çünki gördüyünüz işlərə inanıram. Dünyanın bu guşəsində, xüsusən də Azərbaycanda böyük inkişaf gedir. Biz də istərdik ki, sizin bütün dünyada, Avropada işlədiyiniz kimi, yəni, inkişafı birgə təmin edək, onu dayanıqlı edək və bu inkişaf xalqlarımıza rifah gətirsin. Ölkənizə səfər etmək üçün dəvətinizə görə minnətdaram. Ölkənizi özüm üçün kəşf etdim. İlk dəfədir ki, buraya səfər edirəm. Lakin sizi əmin edirəm ki, bu səfər sonuncu səfər deyildir".

Fransa Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı üçün bir neçə sənəd imzalandı. İmzalanan sənədlər Azərbaycanla Fransa arasında bir çox sahələr üzrə gələcək əməkdaşlığı müəyyən edir. Bu sənədlərin arasında "Azərbaycan Respublikası PrezidentiFransa Respublikası Prezidentinin Birgə Bəyanatı" xüsusi yer tutur. Çünki bu sənəddə iki ölkənin gələcək siyasi əlaqələrinin əsas konturları əks olunur. Ümumiyyətlə, imzalanan sənədlər əməkdaşlığın müxtəlif aspektlərinin inkişafına xidmət göstərir. Əldə edilmiş razılaşmalar nəticəsində iki ölkənin siyasi, iqtisadihumanitar əməkdaşlğı güclənəcək, o cümlədən xüsusən ticarət dövriyyəsi artacaq.

Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri həm ikitərəfli, həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfərdən sonra ikitərəfli münasibətlərdə yeni səhifə açılacaq, Azərbaycan-Fransa münasibətləri yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq.

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.- 2014.- 15 may.- S.8.