Azərbaycan Dövlət Nəşriyyatı – «Azərnəşr»in əməkdaşlarına «Əməkdar mədəniyyət işçisi» fəxri adının verilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında nəşriyyat işi sahəsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Nəşriyyatı - "Azərnəşr"in aşağıdakı əməkdaşlarına "Əməkdar  mədəniyyət işçisi" fəxri adı verilsin:

 

Qasımov Mirqalim Mirabdulla oğlu

Məmmədyarova Elmira Kamil qızı

Mikayılzadə Pikəxanım Qulam qızı.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 may 2014-cü il

Azərbaycan.- 2014.- 16 may.- S.1.