Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin təqdimatı keçirilmişdir

 

Mayın 15-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Böyük Bakının Regional İnkişaf Planı” (sxemi) layihəsinin təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov təqdim olunan bu nəhəng layihənin respublikanın tarixində ilk dəfə hazırlandığını vurğulamışdır.

Komitənin sədri Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son 10 ildə paytaxtda şəhərsalma və memarlıq sahəsində həyata keçirilən quruculuq işləri ilə bağlı geniş məlumat vermişdir.

Bildirilmişdir ki, bu dövrdə avtomobillərin sayının artması ilə əlaqədar Abşeron rayonu ərazisində magistral avtomobil yolları salınmış, Salyan şosesi, Heydər Əliyev prospekti, Böyükşor yolu və digər yollar genişləndirilmiş və həmin ərazilərdə abadlaşdırma işləri aparılmışdır. Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən bir sıra iri sənaye müəssisələri şəhər kənarına çıxarılmışdır və bu proses davam edəcəkdir.

Qeyd olunmuşdur ki, hazırda paytaxtın inkişafı, abadlaşdırılması, tarixi abidələrimizin bərpası ilə bağlı ciddi işlər aparılır. Təhsil və səhiyyə obyektlərinin çatışmazlığı problemləri demək olar ki, aradan qaldırılmışdır. Bütün bu işlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılmışdır. Son 10 ildə ölkəmizdə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 312 məktəb tikilmişya əsaslı təmir edilmişdir.

Diqqətə çatdırılmışdır ki, dövlətimizin başçısının tövsiyəsi ilə gələcəkdə şəhərin mərkəzi hissəsində yaşayış yerlərinin tikintisini məhdudlaşdırmaq, abadlaşdırma işlərini, xüsusilə də yaşıllaşdırmanı artırmaq və şəhərin zəruri infrastrukturunu inkişaf etdirmək nəzərdə tutulmuşdur.

Tədbirdə çıxış edən Dünya Bankının Qafqaz ofisinin nümayəndəsi Əhməd Aveyda bu beynəlxalq qurumun maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin əhəmiyyətindən bəhs etmiş, onun Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə etmişdir. Vurğulanmışdır ki, son illər Azərbaycan böyük sürətlə inkişaf edirbu tərəqqinin nəticələri göz önündədir.

Təqdim edilən konseptual sxem isə Böyük Bakının ərazisində şəhərsalmanın yüksək səviyyədə idarə olunmasına xidmət edəcəkdir.

Layihənin koordinatoru olan Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov sənədi təqdim etmişBöyük Bakı regionunun mövcud vəziyyəti, şəhərin inkişafının əsas istiqamətlərindən danışmışdır.

Vurğulanmışdır ki, layihənin əsas məqsədlərindən biri də Bakı şəhərinin nümunəvi meqapolisə çevrilməsidir. Odur ki, bu istiqamətdə kompleks tədbirlər həyata keçirilməlidir. Bakının özündə tarixən formalaşmış mərkəzi hissənin maksimum qorunub saxlanması, eyni zamanda, sosial-iqtisadiekoloji sağlamlaşdırma tədbirləri nəzərdə tutulmuşdur.

İ.İsbatov həmçinin Böyük Bakının inkişaf planına dairMövcud vəziyyətin tədqiqatı və təhlili”, “Sosial prioritetlər və prinsiplər”, “Nəqliyyat və mühəndis kommunikasiyaları infrastrukturu” və digər mövzularda məruzə etmiş, iqtisadi inkişafın əsas istiqamətlərini göstərmişdir.

Ümumilikdə isə “Böyük Bakının Regional İnkişaf Planı”nın həyata keçirilməsi üçün 140 milyard manata yaxın vəsaitin tələb olunduğu bildirilmişdir. Bu maliyyə vəsaiti sosial tələbatlara, şəhərin yükünün azaldılmasına, nəqliyyat infrastrukturuna, ekolojibiznes layihələrinə və kommunal infrastrukturuna ayrılacaqddır.

2030-cu ilədək həyata keçiriləcək layihə Bakı şəhərinin və Abşeron rayonunun bir hissəsini, eləcə də Sumqayıt şəhərini əhatə edir.

Tədbirdə çıxış edən memar və mütəxəssislər müasir elmi əsaslarla hazırlanmış, qabaqcıl texnologiyalara malik peşəkar və geniş inkişaf planını yüksək qiymətləndirmişlər.

 

Azərbaycan.- 2014.- 16 may.- S.6.