Böyük Britaniyanın “Family Futures” jurnalında Azərbaycanda ailə modeli haqqında məqalə dərc edilmişdir

 

Beynəlxalq Ailə Gününün qeyd olunmasının 20 illiyi ilə əlaqədar Böyük Britaniyanın “Family Futures” jurnalında Azərbaycanda ailə modeli haqqında geniş məqalə dərc edilmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilmişdir ki, məqalədə Azərbaycanın adət-ənənələri, mədəniyyəti haqqında məlumat verilir. Vurğulanır ki, hər bir millətin özünəməxsus ailə modeli formalaşmışdır. Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri vardır. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Azərbaycan ailələri uzunömürlülüyü və möhkəmliyi ilə seçilir.

Həmçinin məqalədə Azərbaycanın çoxmillətli ölkə olduğuburada insanların sülh və əmin-amanlıq şəraitində yaşadıqları qeyd olunur. Bildirilir ki, bu ölkədə yaşayan azsaylı xalqlar, milli etnik qruplar yerli xalqla sıx münasibətdədirlər. Onların ailə dəyərlərinə hörmətlə yanaşılır və bu dəyərlər geniş şəkildə tətbiq olunur. Öz ailə mədəniyyətlərini qoruyub saxlamaqla yanaşı, qarışıq nikahlar da qurulur. Xüsusilə, Azərbaycan ailəsində çoxəsrlik tarixə malik olanağsaqqal” və “ağbirçək” institutunun fəaliyyəti ailə üzvləri, eləcə də ailələr arasında ünsiyyətin formalaşmasında, ailə xüsusiyyətlərinin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır.

Yazıda Azərbaycan qadınının ailədəki roluna xüsusi diqqət ayrılır. Qeyd edilir ki, Azərbaycan qadınları istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli, milli mənəvi dəyərlərə sadiq vətəndaşlar yetişdirməyi bacarırlar.

Məqalədə Azərbaycan Respublikasında ailə məsələlərinin dövlət siyasətinin prioritet istiqaməti olduğu bildirilir. Oxucuların diqqətinə çatdırılır ki, dövlətin müvafiq təkmil qanunvericilik bazası vardır. Eyni zamanda, Beynəlxalq Ailə Günü ilə əlaqədar Azərbaycanda milli mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslin tərbiyəsi, sağlam həyat tərzinin təbliğinə yönəlmiş müxtəlif tədbirlərin həyata keçirilməsindən bəhs olunur. Bundan başqa, uğurla həyata keçirilən layihələrdən biri kimi, “Azərbaycan ailəsi” adlı film festivalı haqqında da məlumat verilir.

Yazıda Prezident İlham Əliyevin Azərbaycan ailələrinin rifahının yaxşılaşdırılması və ailə institutunun möhkəmləndirilməsi ilə bağlı diqqət və qayğısından, Heydər Əliyev FonduFondun prezidenti Mehriban Əliyevanın ailə siyasətinin gücləndirilməsindəki rolundan da ətraflı bəhs edilir.

 

Azərbaycan.- 2014.- 17 may.- S.2.