Bakı Dövlət Universitetində gənc alimlərin və tədqiqatçıların «Müasir biologiyanın innovasiya problemləri» mövzusunda IV Beynəlxalq elmi konfransı keçirilir

 

Mayın 16-da Bakı Dövlət Universitetində gənc alimlərin və tədqiqatçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Müasir biologiyanın innovasiya problemləri" mövzusunda IV Beynəlxalq elmi konfransı başlanmışdır.    

Alim və mütəxəssislərin, tələbələrin iştirak etdikləri beynəlxalq konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, xilaskarlıq rolundan danışmışdır.

Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini xatırladan rektor ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır.

Müasir dünyada elmə, təhsilə xüsusi əhəmiyyət verildiyini qeyd edən akademik A.Məhərrəmov Bakı Dövlət Universitetində bu sahənin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən söhbət açmışdır.

Rektor, eyni zamanda, mövzunun əhəmiyyətini diqqətə çatdırmışdır. 

Milli Məclisin deputatı, professor Kamilə Əliyeva "Ulu öndər Heydər Əliyevin təhsilin inkişafında rolu", BDU-nun biologiya fakültəsinin dekanı, professor Akif Quliyev "Müasir biologiyanın son nailiyyətləri" mövzularında məruzələr etmişlər.

Ölkənin tərəqqisində elmin, təhsilin mühüm rolunu vurğulayan məruzəçilər bu sahəyə ümummilli lider Heydər Əliyevin böyük  diqqət göstərdiyini, dahi rəhbərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirmişlər.

Eyni zamanda, Azərbaycanda müvafiq sahənin inkişafı üçün həyata keçirilən proqramların, tədbirlərin əhəmiyyəti diqqətə çatdırılmışdır.

Sonra "Bitki fiziologiyası, biokimya, biofizika, molekulyar biologiya", "Zoologiya", "İnsanheyvan fiziologiyası və genetika", "Botanikamikrobiologiya" bölmələri üzrə iclaslar olmuş, məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Beynəlxalq konfrans mayın 17-də başa çatacaqdır.

 

Azərbaycan.- 2014.- 17 may.- S.3.