Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

18 May 2014

 

¹ 121                   Bakı şəhəri, 5 may 2014-cü il

 

"Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə - "Sərhəd zonasına daxil olmaya istehsalat işlərinə dair Qaydalar"ın 8-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"8. Azərbaycan Respublikasının ərazisindən dəmiryol nəqliyyatı ya avtonəqliyyat vasitəsi ilə tranzitlə keçən əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin sərhədboyu zonada dayanması qadağandır.".

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.- 2014.- 18 may.- S.4.