Abşeron rayonunda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı ictimai müzakirələr keçirilmişdir

 

Sosial-İqtisadiEkoloji İnkişafİctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalının və sosial müdafiəsinin inkişafında vətəndaşların rolunun artırılması” layihəsi ilə bağlı keçirdiyi ictimai müzakirələri Abşeron rayonunda yekunlaşdırmışdır.

İB-dən AzərTAc-a bildirmişlər ki, tədbirdə “Sosial-İqtisadiEkoloji İnkişafİctimai Birliyinin sədri və layihənin rəhbəri Rahilə Mehdiyeva layihə haqqında geniş məlumat vermişdir. İctimai Birliyin sədri görülmüş işlər çərçivəsində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı sorğuların keçirildiyini də diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, sorğularda iştirak edən vətəndaşların böyük əksəriyyəti Konsepsiya haqqında məlumatlı olduğunu, bu mühüm dövlət sənədini bəyəndiyini bildirmiş və müxtəlif sahələrin inkişafı ilə bağlı dəyərli təkliflər irəli sürmüşdür.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi Hafiz Mikayılov ölkəmizin inkişafında vətəndaş cəmiyyətinin rolundan danışmışdır. Natiq bu sahədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini yüksək qiymətləndirmişdir. O, həmçinin rayonun sosial-iqtisadi inkişafı və burada aparılan quruculuq işləri haqqında məlumat vermiş, Abşeronda təhsilin, səhiyyənin inkişafı, əhalinin sosial problemlərinin həlli istiqamətində ardıcıl görüldüyünü diqqətə çatdırmışdır.

Rayon icra hakimiyyətinin nümayəndəsi, eyni zamanda, “Sosial-İqtisadiEkoloji İnkişafİctimai Birliyinin həyata keçirdiyi layihənin ölkənin digər bölgələri kimi, Abşeron rayonu sakinlərinin də Konsepsiya ilə bağlı maarifləndirilməsində əhəmiyyətini vurğulamışdır.

İctimai müzakirələrdə iştirak edən Kənd və qəsəbə icra nümayəndələri, bələdiyyələrin, yerli QHT-lərin təmsilçiləri Konsepsiya ilə bağlı aparılan maarifləndirmə işlərini yüksək qiymətləndirmişlər.

Qeyd edək ki, bundan əvvəl İctimai Birlik Şamaxı və İsmayıllı rayonlarında da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalının və sosial müdafiəsinin inkişafında vətəndaşların rolunun artırılması” layihəsinin ictimai müzakirələrini keçirmişdir.

 

Azərbaycan.- 2014.- 18 may.- S.6.