Azərbaycan regionun əsas söz sahibidir

 

Əli HƏSƏNOV: "Azərbaycan heç kimdən asılı olmayan, tam müstəqil siyasət yürüdən bir dövlətdir"

 

Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bir bölgədə yerləşsə , onun həm iqtisadi, həm siyasi, həm digər sahələrdə milli inkişaf modeli formalaşmışdır. Bununla belə, müasir dövrdə "demokratiya çətiri" altında  reveranslar edən bəzi aparıcı dövlətlərin, eləcə müəyyən təşkilatların təmsilçiləri "ikili standartlar"la demokratik ideallara kölgə salmağa cəhd edirlər. Müstəqil Azərbaycan da 20 ildən artıq bir müddətdə bu təsirləri öz üzərində hiss edərək onları uğurla neytrallaşdırmış, demokratik inkişafın yalnız hüquqi, siyasi iqtisadi islahatların paralelliyi şəraitində mümkünlüyünü öz təcrübəsində  sübuta yetirmişdir.

Ölkəmizə qarşı qərəzli mövqeyin səbəbləri kifayət qədər üzdədir: son illərdə respublikamız iqtisadi siyasi baxımdan xeyli güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyev praqmatik rasional düşüncəli lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafını təmin etmişdir. İqtisadi sahədə əldə olunan uğurlar ölkədə vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm ölkənin xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini təmin edir.

Azərbaycanın bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını müxtəlif formada göstərir, ölkəmizə qarşı "təzyiq rıçaqları" tapmağa çalışırlar. Bu günlərdə ABŞ-ın Azərbaycandakı səfiri mətbuata verdiyi müsahibədə Azərbaycanda demokratiyanın durumu, ölkənin daxili xarici siyasəti ilə bağlı müəyyən mənfi fikirlər səsləndirib. ABŞ diplomatının Azərbaycanla bağlı səsləndirdiyi subyektiv mülahizələr cəmiyyətdə haqlı narahatçılıq yaradıb. Səfirin qeyri-diplomatik təəccüb doğuran ritorikası ölkə mediasının da diqqətindən yayınmayıb. Onun bir sıra iddiaları Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi xarakterizə olunur. Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata verdiyi müsahibədə bildirib: "Hesab edirəm ki, Azərbaycanın daxili xarici siyasət məsələlərini qeyri-obyektiv qərəzli şərh etmək, yolverilməz ritorikadan istifadə, müstəqil bir ölkənin hakimiyyəti daxilində təsnifat aparmaq, öz dünyagörüşünü, ölkəsinin maraqlarını digər bir müstəqil dövlətə qəbul etdirmək cəhdləri, əlbəttə ki, peşəkar diplomatiya nümunəsi sayıla bilməz. R.Morninqstarın müsahibəsində irəli sürülən bir çox iddialar erməni diasporunun təsiri altında neçə illərdir ki, öz antiazərbaycançı mövqeyi ilə ad çıxarmış bəzi xarici QHT-lərin hesabatlarındakı subyektiv mülahizələri xatırladır. Açıq söyləyim, bu paralellik bizi olduqca narahat edir düşündürür".

Xüsusi vurğulamaq lazımdır ki, uzun illər regionda "siyasi arbitr" rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin hazırda respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq dilində danışmağın mənasızlığını dərk etməsi Azərbaycan diplomatiyasının mühüm uğurlarından biridir. Respublikamız milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə, hətta ən yaxın müttəfiqlərinə güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirmişdir. Bu prinsipial qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərmişdir. Azərbaycanın rəhbərliyi bu gün iqtisadi siyasi islahatları hansısa dövlətin ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır.

Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi Azərbaycanın xarici siyasət xəttinin prioritet istiqamətlərindən birini təşkil edir. Rəsmi Vaşinqtonun Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. İki dövlətin əməkdaşlığı, bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin ABŞ-a səfərləri mövcud əlaqələrə əlavə impulslar vermişdir. Bu səfərlər nəticəsində ABŞ-ın ictimai-siyasi fikrini formalaşdıran rəsmi dairələri Prezident İlham Əliyevin yüksək səviyyədə demokratik liderlik keyfiyyətini, onun ən optimal uzaq məqsədlər müəyyən etmək potensialının böyük olduğunu aşkar etmişlər. Təbii ki, ölkəmizin ən ağrılı problemi sayılan müzakirələrin əsas mövzusunu təşkil edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən yüksək səviyyədə danışıqlar aparan cənab İlham Əliyev bu münaqişənin dinc yolla həllinə tərəfdar olduğunu, bununla yanaşı, problemin həllində ABŞ-ın ciddi dəstəyinə ehtiyac yarandığını bildirmişdir. Əlaqələrə Birləşmiş Ştatların baxış bucağından nəzər saldıqda ilk növbədə dünyanın sözügedən fövqəldövləti ilə Azərbaycan arasındakı münasibətlərin zəruriliyini şərtləndirən əsas amillər qeyd olunmalıdır. Bu amillər ABŞ-ın ölkəmizin beynəlxalq təhlükəsizliyinə təminat vermək, iqtisadi siyasi dəstək göstərmək, sivil dövlətlərarası münasibətlər sisteminə inteqrasiya olunmasına yardım etmək imkanı ilə əlaqəli olmaqla yanaşı, həm Azərbaycanın ABŞ-ın milli mənafeləri baxımından əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii ehtiyatlara, xüsusən neft yataqlarına malik olması beynəlxalq prinsiplərə uyğun,  müstəqil siyasət yeritməsi ilə bağlıdır. Bu baxımdan ümumilikdə postsovet məkanına münasibətdə daha praqmatik incə siyasət yürütməyə çalışan Amerika Birləşmiş Ştatlarının Azərbaycana strateji tərəfdaşlıq prizmasından yanaşması bir daha ölkəmizin bölgədəki üstün mövqeyini təsdiq edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib: "Azərbaycan həm heç kimdən asılı olmayan, tam müstəqil siyasət yürüdən bir dövlətdir. Bizim ölkə beynəlxalq münasibətlər sistemində öz yeri rolu ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin on ildən artıqdır ki, həyata keçirdiyi siyasət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, milli maraqlarımızın təmin olunmasına, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Hesab edirəm ki, ABŞ-ın, başqa bir böyük dövlətin ya beynəlxalq qurumun Azərbaycanın daxili işlərinə, yaxud xarici siyasətinə hər hansı formada müdaxilə cəhdi, onu idarə etməyə çalışması, "bu xalqa necə yaşamağı öyrətməsi" heç yaxşı hal deyil. Düşünürəm ki, belə cəhdlərin səmərəsi olmayacaqdır".

Bu gün Azərbaycanda heç bir kənar təsir diktə altında hərəkət etməyən, xalqın maraqlarını, mənafeyini müdafiə edə bilən hakimiyyət mövcuddur. Məhz bu amil ölkəmizə qarşı yönəlmiş  "ikili standartları" neytrallaşdırır, Azərbaycanı beynəlxalq səviyyədə söz sahibinə çevirir.

 

Elnur HACALIYEV

Azərbaycan.- 2014.- 21 may.- S.7.