Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

22 May 2014

 

¹ 124                         Bakı şəhəri, 5 may 2014-cü il

 

"Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tarixli 59 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq başqa diplomatik nümayəndəliklər tərəfindən ölkədən getmək ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tarixli 59 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 4, II kitab, maddə 203; 2003, ¹ 6, maddə 342; 2008, ¹ 1, maddə 37, ¹ 5, maddə 433) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında 1-ci hissəsində "Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq başqa diplomatik nümayəndəliklər tərəfindən ölkədən getmək ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza" sözləri "Viza" sözü ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq başqa diplomatik nümayəndəliklər tərəfindən ölkədən getmək ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu tətbiqi Qaydaları" üzrə:

2.1. adında "Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq başqa diplomatik nümayəndəliklər tərəfindən ölkədən getmək ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza" sözləri "Viza" sözü ilə əvəz edilsin;

2.2. 1.1-ci bəndə "əcnəbilərin" sözündən sonra " vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - əcnəbilər)" sözləri əlavə edilsin;

2.3.  1.2-ci 1.3-cü bəndlər, 2.1.2-ci, 2.1.4-cü, 2.1.7-ci yarımbəndlər ləğv edilsin 2.1.5-ci yarımbənddən "(adi)" sözü çıxarılsın;

2.4.  4.1-ci bənddə "səfirlik, konsulluq başqa diplomatik nümayəndəlikləri," sözləri "diplomatik nümayəndəliklərinə konsulluqlarına," sözləri ilə əvəz edilsin;

2.5. 6.1-ci bənddə "səfirlik, konsulluq başqa diplomatik nümayəndəlikləri" sözləri "diplomatik nümayəndəlikləri konsulluqları" sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.- 2014.- 22 may.- S.2.