Bakıda “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk beynəlxalq konfrans keçirilir

 

Mayın 21-də Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk beynəlxalq konfrans işə başlamışdır.

Konfransın açılışında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin prezidenti Deyvid Uiddouson və Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov çıxış etmişlər.

Konfransın ilk günü “Ticarətin asanlaşdırılmasında beynəlxalq təşkilatların rolu” və “Gömrük xidməti rəhbərlərinin gələcəklə bağlı baxışları” mövzusunda məruzələr dinləniləcəkdir.

Mayın 23-dək davam edəcək konfransda 65 ölkədən 200-dək nümayəndə, o cümlədən iqtisadiyyat üzrə üç Nobel mükafatı laureatı iştirak edir.

 

Azərbaycan.- 2014.- 22 may.- S.3.