Türkiyənin Beynəlxalq Siyasət Akademiyasının rəsmi internet saytı AzərTAc-ın baş direktorunun analitik yazısını yaymışdır

 

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanovun "Prezident İlham Əliyevin Praqa Sammitində nümayiş etdirdiyi inam və qətiyyət Azərbaycan dövlətinin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir" sərlövhəli analitik yazısı türkingilis dillərində Türkiyənin nüfuzlu beyin mərkəzi - Beynəlxalq Siyasət Akademiyasının rəsmi internet saytında yerləşdirilmişdir.

Yazıda Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının beş illiyi ilə bağlı aprelin 24-də Praqada keçirilmiş Zirvə görüşündə Ermənistan prezidenti Serj Sarkisyanın bu sammitdə Türkiyə nümayəndəsinin olmamasından istifadə edərək rəsmi Ankaranın ünvanına səsləndirdiyi əsassız iddialara Azərbaycan Prezidenti İlham Əliyevin tutarlı cavab verməsindən bəhs edilir.

Yazıda bildirilir ki, bu hadisə Prezident İlham Əliyevin dostluqda sədaqət, çətin anda öz tərəfdaşlarını dəstəkləmək, həm də gözlənilməz vəziyyətdə çevik və yeganə düzgün qərar qəbul etmək bacarığını nümayiş etdirdi.

Məqalədə vurğulanır: "Mən istisna etmirəm ki, Praqa Sammitində baş vermiş bu hadisə və artıq tanış bir fraza gələcəkdə beynəlxalq diplomatiyapolitologiya dərsliklərinə daxil ediləcək: dost ölkənin nümayəndələri bu masa arxasında yoxdur, amma mən buradayam və mən cavab verirəm..."

Beynəlxalq Siyasət Akademiyası regional və beynəlxalq məsələlərlə bağlı araşdırmalar aparır. Akademiya həm də siyasi elm və beynəlxalq münasibətlər üzrə mütəxəssislər hazırlayır.

 

AzərTAc

Azərbaycan.- 2014.- 22 may.- S.5.