Bakıda qol güləşi üzrə XXIV Avropa çempionatının açılış mərasimi olmuşdur

 

Mayın 21-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində qol güləşi üzrə XXIV Avropa çempionatının açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışmışdır.

Nazir müavini vurğulamışdır ki, Azərbaycan ev sahibliyi etdiyi idman yarışlarını yüksək səviyyədə keçirirbu da beynəlxalq qurumlar tərəfindən layiqincə qiymətləndirilir.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə idmançılara uğurlar arzulamışdır.

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov bildirmişdir ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu idman siyasəti hazırda dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində idmançılarımız beynəlxalq arenalarda uğurla çıxış edirlər.

DünyaAvropa Qol Güləşi Federasiyasının prezidenti Assen Hacıtodorov yarışın yüksək səviyyədə təşkilatçılığına görə minnətdarlığını bildirmiş, idmançılara uğurlar arzulamış və çempionatı açıq elan etmişdir.

Bakıda keçirilən Avropa çempionatında 30-dan çox ölkədən 700 idmançı iştirak edir. Azərbaycan millisi 100 idmançı ilə təmsil olunur.

Açılış mərasimindən sonra idmançılar səhnəyə dəvət edilmiş və yarış başlamışdır.

Bu gün çempionatda əlillər sol əllə yarışırlar.

Bundan əlavə, sol əllə 18, 21 yaşlılar və usta idmançılar da (50-60 yaşda) güclərini sınayırlar.

 

Azərbaycan.- 2014.- 22 may.- S.8.