Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının baş katibini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də Avropa Şurasının baş katibi Torbörn Yaqlandı qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd olundu, sivilizasiyalararası dialoqda və Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Azərbaycanın rolu xüsusi vurğulandı, əməkdaşlığımızın inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2014.- 23 may.- S.2.