Oqtay ƏSƏDOV: Avropa Şurası qarşısında götürülən öhdəliklər nizamla yerinə yetirilir

 

 

Mayın 22-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurasının Baş katibi Torbörn Yaqland ilə görüşmüşdür. Görüşdə Azərbaycan-Avropa Şurası əlaqələrinə dair fikir mübadiləsi aparılmışdır.

Oqtay Əsədov qeyd etdi ki, Azərbaycan 2001-ci ildən AŞ-na üzv olubilk dəfədir ki, bu il qurumun Nazirlər Komitəsinə rəhbərlik edir: "Azərbaycan 2012-2013-cü illərdə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olubiki dəfə quruma sədrlik edib. Artıq bu sahədə kifayət qədər təcrübəmiz var. Çalışacağıq ki, AŞ Nazirlər Komitəsindəki 6 aylıq rəhbərlik missiyamızı da yüksək səviyyədə həyata keçirək". Oqtay Əsədov vurğuladı ki, Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklər nizamlı şəkildə yerinə yetirilir. Ölkədə beynəlxalq təcrübələrə əsaslanan çox yaxşı qanunvericilik bazası yaradılıb və bu sahədə AŞ-nın da daim dəstəyi hiss olunub.

Avropa Şurasının Baş katibi Torbörn Yaqland səmimi görüşə görə Milli Məclis Sədrinə təşəkkürünü bildirdi. Dedi ki, rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda  olduğu müddəti çox səmərəli keçirib, səfər onlarda olduqca xoş təəssürat yaradıb. Azərbaycanda çox sürətli inkişafın şahidi olduqları məmnunluqla vurğulandı. Qonaq, xüsusilə "ASAN xidmət"in fəaliyyətini də yüksək qiymətləndirdi. Ən müasir texnologiyalar əsasında fəaliyyət göstərən "ASAN xidmət"in dünyada unikal bir təcrübə olduğunubu xidmətin Avropa üçün yaxşı nümunə ola biləcəyini xüsusi qeyd etdi.

Azərbaycanın bölgələrinə də səfərdən söz salan qonaq ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq və həmrəylik şəraitində yaşamasını yüksək qiymətləndirdi. O həmçinin qeyd etdi ki, AŞ Nazirlər Kabinetinə Azərbaycanın sədrlik etməsi hər iki tərəf üçün faydalı olacaq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Elgün MƏNSİMOV

Azərbaycan.- 2014.- 23 may.- S.2.