Dövlət Sərhəd Xidmətinin rəisi Lənkəran şəhərində vətəndaşları qəbul etmişdir

 

Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini bütün dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi-Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev mayın 22-də Lənkəran Sərhəd Dəstəsində Astara, Lənkəran, Lerik və Yardımlı rayon­ları­nın­ sakinlərini qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbul zamanı 40 nəfərə yaxın vətəndaşın Dövlət Sərhəd Xidmətində işə qəbulu, sosial müavinətlərin verilməsi, sərhədçilərin mənzil və məişət şəraitinin yaxşılaşdırılması, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial və məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciəti dinlənilmişdir.

Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılmış və əksər məsələlər yerin­dəcə həllini tapmışdır. Digər müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün müvafiq struktur qurumlarının rəhbər­lə­ri­nə konkret tapşırıqlar verilmişdir.

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşki­lin­dən razılıqlarını diqqətə çatdıraraq yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

 

Azərbaycan.- 2014.- 23 may.- S.5.