BMT-nin “Әlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına dair təqdim olunmuş ilk hesabat ilə əlaqədar tövsiyələrin birgə müzakirəsinə həsr edilmiş “dəyirmi masakeçirilmişdir

 

Mayın 22-də Bakıda BMT-nin Әlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsi tərəfindən “Әlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya dair təqdim olunmuş ilk hesabat ilə əlaqədar Azərbaycan hökumətinə göndərilmiş tövsiyələrin birgə müzakirəsinə həsr edilmiş “dəyirmi masakeçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının və Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılmışdır.

“Dəyirmi masada çıxış edən Ombudsman Elmira Süleymanova bildirmişdir ki, ölkədə əlil insanların cəmiyyətin həyatında fəal iştirakı və bütün imkanlardan tam bərabərhüquqlu istifadə etmələri üçün konkret tədbirlər görülür, layihələr həyata keçirilir.

BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının əhəmiyyətini vurğulayan E.Süleymanova bildirmişdir ki, dövlətimiz bu sənədi ratifikasiya etməklə əlillərin insan hüquqlarının və əsas azadlıqlarının həyata keçirilməsini təmin və təşviq etməyi bir öhdəlik kimi üzərinə götürmüşdür.

Ombudsman bu Konvensiyanın əlilliyi olan hər bir şəxsin bütün insan hüquqlarından tam və bərabər şəkildə istifadə etməsini təbliğ və təmin edən əhəmiyyətli beynəlxalq sənəd olduğunu vurğulamışdır.

Әmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Әlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsi tərəfindən bu Konvensiyanın icrası ilə əlaqədar Azərbaycan hökumətinin ilk hesabatına dair verilən tövsiyələrdən və onların yerinə yetirilməsi perspektivlərindən danışmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan MDB məkanında BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına qoşulanillik hesabatını hazırlayan ilk ölkədir.

Ölkəmizdə bu gün əlilliyi olan təqribən 530 min şəxsin yaşadığını deyən S.Müslümov qeyd etmişdir ki, bu göstərici əhalinin 5,6 faizini təşkil edir. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada təqribən 600 milyon nəfər əlilliyi olan şəxs vardır. Onların ailələrini də nəzərə alsaq, demək olar ki, hazırda 2 milyarda yaxın insan məhz bu problemdən əziyyət çəkir. İnkişaf etməkdə olan dövlətlərdə əlilliyi olan uşaqların 98 faizi məktəbə getmir. Bu, BMT tərəfindən qəbul olunmuş statistikadır. Məhz buna görə də həmin problem BMT-nin diqqət mərkəzində olan məsələlərdəndir.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda milli qanunvericilik bazasının əlillərin hüquqlarının təmini və müdafiəsi baxımından təkmilləşdirildiyini diqqətə çatdırmışdır. H.Rəcəbli əlilliyin qarşısının alınması, bu qəbildən olan insanların sosial reabilitasiyası istiqamətində görülmüş işlər barədə məlumat vermişdir.

Hökumət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası və digər məsələlər barədə danışılmış, mövzu üzrə müzakirələr aparılmışdır.

 

Azərbaycan.- 2014.- 23 may.- S.5.