"Yoxlama suallarının siyahısının forması tətbiqi

 Qaydası"nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 143                         Bakı şəhəri,  12 may 2014-cü il

 

 

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Yoxlama suallarının siyahısının forması tətbiqi Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 25 may.- S.2.

 

 

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 12 may tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

Yoxlama suallarının siyahısının forması tətbiqi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu QaydaSahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqındaAzərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır sahibkarlıq sahəsində aparılan yoxlamalara dair yoxlama suallarının siyahısının əlavəyə uyğun formasını yoxlayıcı orqan tərəfindən yoxlama suallarının siyahısının hazırlanması, təsdiq edilməsi tətbiqi qaydalarını müəyyən edir.

1.2. Yoxlama suallarının siyahısının tətbiqinin məqsədi sahibkar haqqında məlumatların toplanmasında, yoxlamaların nəticələrinin təhlili qiymətləndirilməsində sistemliliyin, yoxlamaların səmərəliliyinin, şəffaflığının, yoxlama prosesinin sadələşdirilməsinin təmin edilməsidir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlarSahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqındaAzərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.

 

2. Yoxlama suallarının siyahısının hazırlanması təsdiq edilməsi

 

2.1. Yoxlama suallarının siyahısı hər bir yoxlayıcı orqan tərəfindən öz nəzarət sahəsinə uyğun olaraq hazırlanır yoxlayıcı orqanın rəhbəri tərəfindən təsdiq edilir.

2.2. Yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirir.

2.3. Yoxlama suallarının siyahısına icrası məcburi olan əhəmiyyətli tələblər daxil edilməlidir. Əhəmiyyətli tələblər o tələblərdir ki, pozulması insan həyatı ya sağlamlığına, ətraf mühitə dövlətin əmlak maraqlarına birbaşa mühüm təhlükə yaratsın ya mühüm zərər vursun.

2.4. Yoxlama suallarının siyahısına daxil edilən tələblər sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktlara (o cümlədən texniki normativ hüquqi aktlara) uyğun formalaşdırılmalı hər bir tələbin qarşısında sahibkarlıq fəaliyyətinə dair məcburi tələb müəyyən edən normativ hüquqi aktın adı, tarixi, nömrəsi struktur elementləri göstərilməlidir.

2.5. Yoxlama suallarının siyahısına daxil edilən tələblər ümumi sözlərlə ifadə edilməməli, konkret olmalı birmənalı cavabları (“Tələb yerinə yetirilib yaTələb yerinə yetirilməyib”) nəzərdə tutmalıdır.

2.6. Yoxlama suallarının siyahısına daxil edilən tələblər felin indiki zamanının məlum növündə ifadə edilməlidir.

2.7. Yoxlama suallarının siyahısına daxil edilən tələblər normativ hüquqi aktın normasına istinad xarakteri daşımamalıdır.

2.8. Yoxlama suallarının siyahısına daxil edilən tələblərdə sairə”, “ ilaxır”, “ digər”, “ başqa bunlara bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir.

2.9. Yoxlama suallarının siyahısına daxil edilən tələblər sadə aydın ifadə olunmalıdır ki, sahibkar həmin tələblərin icra vəziyyətini müstəqil şəkildə yoxlayıcının iştirakı olmadan qiymətləndirə bilsin.

2.10. Yoxlama suallarının siyahısına daxil edilən tələblərin təkrarlanmasına yol verilmir.

2.11. Yoxlayıcı orqan yoxlama suallarının siyahısının öz rəsmi internet saytında sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində (bundan sonraReyestr) yerləşdirilməsini təmin edir. Reyestrdə yerləşdirilməmiş yoxlama sualları yoxlama zamanı tətbiq oluna bilməz.

2.12. Yoxlama suallarının siyahısının aktuallığını sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktlara uyğunluğunu təmin etmək məqsədi ilə yoxlama suallarının siyahısında əks olunan tələblər yoxlayıcı orqan tərəfindən mütəmadi nəzərdən keçirilir bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq həmin tələblərdə dəyişikliklər edilir.

2.13. Yoxlayıcı orqan yoxlama suallarının siyahısında əks olunan tələblərdə edilən dəyişikliyi 5 (beş) günü müddətində öz rəsmi internet saytında Reyestrdə yerləşdirməlidir.

2.14. Yoxlama suallarının siyahısında əks olunan tələblərdə edilən dəyişiklik Reyestrdə yerləşdirildikdən 10 (on) gün sonra bu Qaydanın 3.3-cü bəndinə əsasən tərtib olunan yoxlama suallarının siyahısına daxil edilə bilər.

 

3. Yoxlama zamanı yoxlama suallarının siyahısının tətbiqi

 

3.1. Yoxlama zamanı istifadə olunan yoxlama suallarının siyahısı yoxlama aktının tərkib hissəsidir.

3.2. Yoxlama suallarının siyahısı plan üzrə (növbəti) plandankənar (növbədənkənar) yoxlama zamanı tətbiq edilir.

3.3. Yoxlama zamanı istifadə olunan yoxlama suallarının siyahısı yoxlayıcı orqanın səlahiyyətli vəzifəli şəxsi tərəfindən bu Qaydanın əlavəsində göstərilən formaya uyğun Reyestr vasitəsilə tərtib edilir. Bunun üçün səlahiyyətli vəzifəli şəxs Reyestrdə yerləşdirilmiş yoxlama suallarının siyahısında işarə qoymaqla yoxlama suallarını seçir yoxlama qeydiyyata alındıqda, müvafiq siyahı avtomatlaşdırılmış rejimdə emal olunur. Emal olunmuş yoxlama suallarının siyahısı iki nüsxədə çap olunaraq həmin siyahını tərtib edən səlahiyyətli vəzifəli şəxs, habelə yoxlayıcı orqanın rəhbəri ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır möhürlə təsdiq edilir.

3.4. Yoxlayıcı yoxlamaya başlamazdan əvvəl yoxlama suallarının siyahısı barədə sahibkara ya onun səlahiyyətli nümayəndəsinə məlumat verir.

3.5. Yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır.

3.6. Yoxlama suallarının siyahısında əks olunan tələblərin icra vəziyyəti haqqında müvafiq qeydlər yoxlama zamanı yoxlama suallarının siyahısına yoxlayıcı (yoxlamanın rəhbəri) tərəfindən daxil edilir.

3.7. Yoxlama suallarının siyahısında əks olunan tələblərin icra vəziyyəti yoxlayıcı tərəfindən hər bir tələbin qarşısında yerləşənTələb yerinə yetirilib yaTələb yerinə yetirilməyibqrafalarında müvafiq işarə qoyulmaqla qiymətləndirilir.

3.8. Yoxlama suallarının siyahısında yoxlayıcı tərəfindən dəqiqləşdirici qeydlər aparılması üçün hər tələbin qarşısındaQeydqrafası nəzərdə tutulur.

3.9. Yoxlama suallarının siyahısında qaralama düzəlişlərin aparılmasına yol verilmir.

3.10. Yoxlama suallarının siyahısı məcburi tələblərin icra vəziyyəti yoxlanıldıqdan sonra yoxlamada iştirak edən yoxlayıcılar tərəfindən imzalanır. Yoxlama suallarının siyahısını tərtib edən səlahiyyətli vəzifəli şəxs imzalayan yoxlayıcılar oraya daxil edilmiş qeyd məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar.

3.11. Yoxlama suallarının siyahısının digər nüsxəsi yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkaraya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir.