İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə

 

Əlahəzrət,

Əziz Qardaşım,

İordaniyanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan-İordaniya münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, Azərbaycan ilə İordaniya arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 may 2014-cü il

Azərbaycan.-2014.- 25 may.- S.1.