Azərbaycanın vergilər naziri Fransada bir sıra görüşlər keçirmişdir

 

 

Fransada işgüzar səfərdə olan Azərbaycanın vergilər naziri Fazil Məmmədov bir sıra görüşlər keçirmişdir.

F.Məmmədovun Fransa dövlət büdcə məsələləri üzrə naziri Kristian Ekertlə görüşündə azərbaycanlı adamlarına Fransada fransalı investorlara ölkəmizdə əlverişli şəraitin yaradılması məsələləri diqqət mərkəzində olmuşdur. Fransalı nazir ölkəsinin bu sahədə hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirmişdir.

Nazir F.Məmmədov ölkəmizdəki vergi sistemi barədə ətraflı məlumat vermiş, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili xarici siyasət nəticəsində Azərbaycanın çox sürətlə inkişaf etdiyini, bununla yanaşı vergi sisteminin təkmilləşdiyini bildirmişdir.

Azərbaycanın vergi sistemindəki qabaqcıl müsbət təcrübələrdən bəhs edən F.Məmmədov bu sahədə vergi ödəyicilərinə göstərilən elektron xidmətlərdən, həyata keçirilən yeni layihələrdən danışmışdır.

Nazir hər iki tərəf üçün xüsusi maraq doğuran Avropa İttifaqının Azərbaycana yardımı çərçivəsində yeni tvinninq layihəsinin həyata keçirildiyini vurğulamış, bu layihə ilə bağlı elan olunan tenderdə birgə çıxış edən Fransanın İspaniyanın vergi administrasiyasının qalib gəldiyini bildirmişdir. Azərbaycanın vergi administrasiyası üçün kadr potensialının inkişafında Fransanın dəstəyinin vacibliyini vurğulayan

F.Məmmədov bu məsələnin ölkəmiz üçün çox önəmli olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, nazirlik bilik menecmentinə üstünlük verən bir vergi orqanı kimi çıxış edir bu istiqamətdə Azərbaycan üçün maraqlı olan kadrların distant təhsilinin təşkili, onların biliklərinin müasir səviyyəyə qaldırılması çox vacib məsələdir.

Fransa İspaniya vergi orqanlarının elektron audit sahəsində müsbət təcrübələrinin olduğunu vurğulayan nazir, Azərbaycanın vergi orqanlarında çalışan əməkdaşların Fransada uzunmüddətli təcrübə keçməsi təklifini irəli sürmüşdür.

Fransalı nazir bu təklifi çox müsbət qəbul etmiş, məsələ ilə bağlı dərhal baş direktora xüsusi tapşırıq verəcəyini, tvinninq layihəsini həyata keçirməkdə Azərbaycana hər cür dəstək göstərməyə hazır olduqlarını bildirmişdir.

Əvvəllər Azərbaycanın Vergi Məcəlləsində qanunlarında, o cümlədən, “Banklar haqqındaQanunda bank məlumatlarının mübadiləsi şəffaflığın təmin edilməsinin mümkünsüzlüyünü, məsələ ilə əlaqədar ciddi dəyişikliyin tələb olunduğunu vurğulayan F.Məmmədov bu istiqamətdə aparılan məqsədyönlü işlərin 2012-ci ilin sonlarında başa çatdığını, 2013-cü il yanvarın 1-dən etibarən bu məsələnin həyata keçirilməsinə imkan yarandığını, 2014-cü ilin yanvarından isə ona konvensiyaya dair protokol sənədini imzalamaq səlahiyyətinin verildiyini bildirmişdir. Tezliklə bank məlumatlarının mübadiləsini əks etdirən Strasburq Konvensiyasının imzalanacağını diqqətə çatdırmışdır.

Fransalı nazir bu xəbəri böyük məmnuniyyətlə qarşılamış, digər ölkələrin Azərbaycanın yolu ilə gedərək konvensiya sənədini imzalayacaqlarına əminliyini bildirmiş, Prezident Fransua Ollandın respublikamıza səfərindən sonra hər iki ölkənin müxtəlif nazirlikləri arasında əməkdaşlığa marağın artdığını xüsusi vurğulamışdır.

Görüşün sonunda F.Məmmədov Fransanın büdcə nazirini ölkəmizə səfərə dəvət etmişdir.

Dəvəti böyük məmnuniyyətlə qəbul edən K.Ekert ölkəmizin çox sürətli iqtisadi inkişafına böyük maraq göstərdiyini bildirmişdir.

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Güləş Federasiyasının prezidenti Fazil Məmmədov fransalı həmkarı Alen Bertolonla görüşmüşdür.

Görüşdə A.Bertolon 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Oyunlarına böyük maraq göstərdiklərini bu oyunların Fransada təbliği istiqamətində hər cür köməyə hazır olduğunu bildirmiş, cari ilin dekabrında Fransada güləşçilərimizin yarışının təşkilini təklif etmişdir.

Fazil Məmmədov Avropa Oyunları ərəfəsində fransalı güləşçilərin ölkəmizdə azərbaycanlı güləşçilərlə birlikdə təlim məşq toplantısında iştirakının əhəmiyyətini vurğulamışdır.

Sonda hər iki tərəf bu istiqamətdə birgə fəaliyyət göstərmək barədə ümumi razılığa gəlmişdir.

Azərbaycanın vergilər naziri sonra İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatının (İƏİT) baş katibi Anxel Qurria ilə görüşmüşdür.

Görüşdə, Azərbaycanın təşkilat tərəfindən 1988-ci ildə qəbul edilmişVergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqındaKonvensiyaya edilmiş dəyişikliklərə qoşulması haqqında protokol imzalanmışdır.

Sənədi vergilər naziri F.Məmmədov baş katib Anxel Qurria imzalamışlar.

Söhbət zamanı bu təşkilat ilə Azərbaycan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunmuş, A.Qurria Azərbaycan Respublikasının konvensiyaya edilmiş dəyişiklərə dair protokola qoşulmasını mühüm hadisə adlandırmış, bu mənada ölkə rəhbərliyinin göstərdiyi siyasi iradəni həlledici amil kimi dəyərləndirmiş bu faktın Azərbaycanın vergi sisteminin şəffaflığının göstəricisi olduğunu bildirmişdir.

Təşkilatın baş katibinin müavini İv Letermin Azərbaycanda keçirilən İkinci Qlobal Açıq Cəmiyyətlər forumunda iştirakı zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunduğu xatırlanmış, həmin görüşdə konkret sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə edildiyi diqqətə çatdırılmışdır.

Vergilər naziri Fazil Məmmədov İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatı ilə imzalanmış protokolu yüksək qiymətləndirmiş, Prezident İlham Əliyevin Azərbaycan hökumətinin bu nüfuzlu təşkilatla əməkdaşlıqdan məmnun olduğunu bildirmişdir.

Bu qurumla Azərbaycanın sıx münasibətlərinin formalaşdığını vurğulayan nazir demişdir ki, indiyə qədər təşkilat rəhbərləri dəfələrlə ölkəmizdə səfərdə olmuş, bu gün İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında əməkdaşlıq haqqında saziş layihəsinin müzakirələri davam edir.

Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri ətraflı müzakirə olunmuşdur.

F.Məmmədov A.Qurrianı Azərbaycana səfərə dəvət etmişdir.

 

Azərbaycan.-2014.- 25 may.- S.4.