Prezident İlham
Əliyev Türkiyənin daxili işlər
nazirini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da
Türkiyə Respublikasının daxili işlər naziri Efkan
Alanı qəbul etmişdir.
Efkan
Alanı Türkiyə Respublikasının daxili işlər
naziri təyin olunması münasibətilə təbrik edən
dövlətimizin başçısı ölkələrimizin
Daxili İşlər nazirlikləri arasında mövcud
sıx əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə
ümidvar olduğunu bildirdi. Ölkələrimizin dövlət
və hökumət başçılarının, nazirlərin
ilk xarici səfərinin qardaş ölkələrə etməsinin
artıq bir ənənə halı aldığını
vurğulayan Prezident İlham Əliyev Efkan Alanın Türkiyə
Respublikasının daxili işlər naziri kimi Azərbaycana
ilk səfərinin önəmini qeyd etdi və səfərin əməkdaşlığımızın
inkişafı ilə bağlı səmərəli
müzakirələr aparılması üçün
yaxşı fürsət yaratdığını dedi.
Efkan Ala nazir kimi ilk xarici
səfərini Azərbaycana etməsindən məmnunluğunu
diqqətə çatdırdı. Türkiyənin daxili işlər naziri Soma kömür mədənində
kütləvi insan tələfatı ilə
nəticələnən faciə ilə əlaqədar Azərbaycan
xalqının, şəxsən Prezident
İlham Əliyevin Türkiyə
xalqının dərdinə şərik çıxmasına
görə minnətdarlığını bildirdi.
Azərbaycan.-2014.- 27 may.- S.1.