Prezident İlham
Əliyev Türkiyənin xarici işlər
nazirinin
başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da
Türkiyə Respublikasının xarici işlər naziri
Əhməd Davudoğlunun başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Xarici
işlər naziri Əhməd Davudoğlu Türkiyə
Respublikasının Prezidenti Abdullah Gülün və Baş
nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını
dövlətimizin başçısına
çatdırdı.
Dövlətimizin
başçısı Türkiyə, Azərbaycan və
Türkmənistan xarici işlər nazirlərinin yeni formatda
keçiriləcək görüşünün önəmini
vurğuladı və bu görüşün nəticələrinin
uğurlu olacağına əminliyini ifadə etdi. Prezident
İlham Əliyev xarici işlər nazirləri səviyyəsində
keçirilən bu cür görüşlərin ölkələrimiz
arasında əməkdaşlığın müxtəlif
istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və
digər sahələrdə daha da genişləndirilməsi ilə
bağlı məsələlərin müzakirəsi
üçün səmərəli bir format olduğunu
vurğuladı.
Türkiyə
Respublikasının xarici işlər naziri Əhməd
Davudoğlu ölkələrimizin təşəbbüsü
ilə reallaşan Türkiyə-Azərbaycan-İran,
Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Türkmənistan
arasında yeni əməkdaşlıq formatının əhəmiyyətini
qeyd etdi.
Dövlətimizin
başçısı Türkiyə Respublikasının
Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb
Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə
və Baş nazirinə çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2014.- 27 may.- S.1.