Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

 

Hörmətli cənab Sədr,

Urumçi şəhərində çoxsaylı insan tələfatına səbəb olmuş terror aktı bizi olduqca hiddətləndirdi.

Biz bu cür amansız hərəkətləri kəskin pisləyir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasına tərəfdar çıxırıq.

Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 may 2014-cü il.

Azərbaycan.-2014.- 27 may.- S.1.