Azərbaycan Respublikasıının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Azərbaycanda sosial-iqtisadiictimai-siyasi sahələrdə qazanılan sanballı uğurları, Sizin rəhbərliyinizlə həyata keçirilən, əsas məqsədi ölkəni tərəqqi və firavanlıq yolu ilə inamla irəlilətmək, milli dövlətçiliyin əsaslarını hərtərəfli möhkəmlətmək və beynəlxalq aləmdə ölkənin nüfuzunu yüksəltmək olan genişmiqyaslı dəyişiklikləri Özbəkistanda məmnuniyyətlə qeyd edirlər.

Mən qəti əminəm ki, xalqlarımız arasında çoxəsrlik müştərək tarixə və mədəniyyətə əsaslanan dostluq və qarşılıqlı anlaşma əlaqələri, beynəlxalq və regional xarakterli müxtəlif problemlərə dair siyasi dialoqun yüksək səviyyəsi uzunmüddətli Özbəkistan-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi və genişlənməsi üçün etibarlı zəmindir.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və məsul ali dövləti fəaliyyətinizdə hərtərəfli uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İslam Kərimov

Özbəkistan Respublikasının Prezidenti

Azərbaycan.-2014.- 28 may.- S.4.