Azərbaycan Respublikasıının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Belarus xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bu gün Azərbaycan Respublikası inkişaf etməkdə olan müasir dövlətdir. Bu, Sizin həyata keçirdiyiniz, ölkənin iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə, dünya arenasında onun nüfuzunun artırılmasına və vətəndaşların maddi rifahının yüksəldilməsinə yönəlmiş fəaliyyət xəttinizin düzgünlüyünü əyani şəkildə təsdiq edir.

Əminəm ki, Belarus-Azərbaycan müştərək layihələrinin uğurla həyata keçirilməsi bütün sahələrdə ikitərəfli qarşılıqlı əlaqələrin daha da genişlənməsinə, qardaş xalqlarımız arasında ənənəvi dostluq tellərinin möhkəmlənməsinə şərait yaradacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və tükənməz enerji, Azərbaycan xalqına isə Sizin müdrik rəhbərliyinizlə sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Aleksandr Lukaşenko

Belarus Respublikasının Prezidenti

Azərbaycan.-2014.- 28 may.- S.4.