Azərbaycan Respublikasıının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan və ölkənizə tərəqqi arzu etməkdən çox məmnunam.

Əminəm ki, xalqlarımız arasındakı dostluq münasibətləri ölkələrimizin tərəqqisi və sabitliyi naminə qarşılıqlı maraqlarımıza əsaslanan Serbiya-Azərbaycan strateji əlaqələrinin gələcəkdə də inkişafı və möhkəmlənməsi işinə xidmət edəcəkdir.

Serbiya Respublikasının ərazi bütövlüyüsuverenliyini dəstəklədiyinə görə Azərbaycan Respublikasına bir daha minnətdarlığımı bildirmək istərdim.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Tomislav Nikoliç

Serbiya Respublikasının Prezidenti

Azərbaycan.-2014.- 28 may.- S.4.