Kolumbiya Azərbaycan ilə bütün
sahələrdə əməkdaşlığa
xüsusi əhəmiyyət verir
Qoşulmama
Hərəkatının Əlcəzairdə keçirilən
XVII nazirlər konfransında iştirak edən Azərbaycan
Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov
Kolumbiyanın xarici işlər nazirinin müavini xanım
Patti Lonodono ilə görüşmüşdür.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-
bildirilmişdir ki, görüşdə Elmar Məmmədyarov
ölkələrimiz arasında siyasi əlaqələrin
mövcud inkişaf səviyyəsindən məmnunluğunu
ifadə etmiş, iqtisadiyyat, ticarət, sərmayələr,
enerji və humanitar sahələrdə də əməkdaşlıq
üçün əlverişli imkanların olduğunu diqqətə
çatdırmışdır.
Elmar
Məmmədyarov kolumbiyalı mütəxəssislər tərəfindən
Azərbaycanda təşkil olunan ispan dili kurslarının əhəmiyyətini
qeyd etmişdir.
Patti
Londono Kolumbiyanın Azərbaycanı regionun lider dövləti
kimi qəbul etdiyini və rəsmi Bakı ilə bütün
sahələrdə əməkdaşlığa xüsusi əhəmiyyət
verdiyini vurğulamışdır.
Görüşdə
Azərbaycanın və Kolumbiyanın Xarici İşlər
nazirlikləri arasında siyasi məsləhətləşmələrin
mexanizminin inkişafı və qarşılıqlı maraq
doğuran digər məsələlər müzakirə
edilmişdir.
Azərbaycan.-2014.- 30 may.- S.7.