«Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçkilərdə (referendumda)iştirakına dair Təlimat»a dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar ¹ 1/3

 

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 2-ci hissəsinin icrası ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının "Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçkilərdə (referendumda) iştirakına dair Təlimat"ının  1.5-ci və 1.6-cı bəndləri qüvvədən düşmüş hesab edilməli, 2.2-ci və 2.3-ü bəndlərə isə müvafiq dəyişikliklər edilməlidir.

Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq  qərara alır:

1. Mərkəzi Seçki Komissiyasının 2013-cü il 18 iyun tarixli 6/48 saylı Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçkilərdə (referendumda) iştirakına dair Təlimat"a aşağıdakı dəyişikliklər edilsin:

1.1.  1.5-ci və 1.6-cı bəndlər qüvvədən düşmüş hesab edilsin.

1.2. 2.2-ci və 2.3-cü bəndlərə  "siyahısı" və "siyahıları" sözlərindən sonra müvafiq olaraq "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti," sözləri əlavə edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

29.05.2014

 

Azərbaycan.-2014.- 30 may.- S.12.