«Bələdiyyə seçkilərində
bələdiyyə üzvlüyünə namizədə,
namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə
dairə seçki komissiyası tərəfindən
imza vərəqələrinin verilməsi
Qaydaları»na dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Qərar ¹ 1/8
Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsi və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələrək Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.
Ona görə də Mərkəzi Seçki Komissiyasının qüvvədə olan "Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları"nın struktur elementlərinə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun 30-cu maddəsinə uyğun olaraq müvafiq dəyişikliklər edilməli və ona aid 1 saylı əlavə yeni redaksiyada təsdiq edilməlidir.
Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2004-cü il 25 avqust tarixli 15/90 saylı Qərarı ilə təsdiq edilmiş "Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları"na aşağıdakı dəyişikliklər edilsin:
1.1. Aşağıdakı
məzmunda preambula əlavə edilsin:
"Azərbaycan Respublikasının
bələdiyyə seçkilərində
imza toplamaq məqsədilə namizədə,
onun səlahiyyətli
nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə imza
vərəqələrinin verilməsi
qaydaları Azərbaycan
Respublikasının Seçki
Məcəlləsilə (bundan
sonra - Seçki Məcəlləsi) və
bu Qaydalarla tənzimlənir.";
1.2. Preambuladan sonra "1. İmza vərəqələrinin
verilməsinə dair tələblər" adlı
başlıq əlavə
edilsin və qaydalar qanunvericilikdə nəzərdə tutulmuş
qaydada müvafiq olaraq nömrələnsin;
1.3. Bu qaydaların
1 saylı əlavəsi
yenidən təsdiq edilsin.
2. Mərkəzi Seçki
Komissiyası öz səlahiyyətləri daxilində
bu qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi
ilə bağlı qanunvericilikdə nəzərdə
tutulmuş tədbirlərin
görülməsini təmin
etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29.05.2014
Azərbaycan.-2014.- 30 may.- S.12.