«Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılması qaydaları haqqında Təlimat»a dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar ¹ 1/12

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının "Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılması qaydaları haqqında Təlimat"ının 3-cü bəndində xüsusi seçki hesablarının yalnız Azərbaycan Beynəlxalq Bankı ASC-ninya onun filiallarında açılması nəzərdə tutulmuşdur. Bəzi seçki dairələrinin ərazisində qeyd edilən bankın filiallarının olmaması və ya münasib yerdə yerləşməməsi səbəbindən, digər bankın (Kapital Bank ASC) da imkanlarından  istifadə etmək zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq yuxarıda adıçəkilən Təlimatın 3-cü bəndinə dəyişiklik edilməli və Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-4 saylı Qərarı ilə təsdiq edilmiş "Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılması  qaydaları haqqında Təlimat"a aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü bəndə "yalnız" sözündən sonra "Azərbaycan Beynəlxalq Bankı ASC-də" sözləri və  aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu filialların mövcud olmadığı seçki dairələrinin ərazisində hesablar "Kapital Bank" ASC-nin filiallarında açılmalıdır."

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

29.05.2014

 

Azərbaycan.-2014.- 30 may.- S.12.