«Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD  nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 3, maddə 226, ¹ 5, maddə 379; 2001, ¹ 11, maddələr 676, 683; 2004, ¹ 6, maddə 397; 2005, ¹ 1, maddə 5, ¹ 8, maddə 684; 2006, ¹ 11, maddə 922; 2007, ¹ 5, maddə 437, ¹ 11, maddə 1049; 2010, ¹ 3, maddə 171; 2012, ¹ 7, maddə 672; 2013, ¹ 1, maddə 17) 1-ci maddəsinin ikinci hissəsinin beşinci abzasından "hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan" sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 17 oktyabr 2014-cü il

Azərbaycan.-2014.- 1 noyabr.- S. 1.